Sandbox rejimi və maliyyə bazarlarına təsiri
Tədqiqatın əsas məqsədi rəqəmsal transformasiyanın dərinləşməsi fonunda fintech ekosisteminin inkişaf etdirilməsi məqsədilə sandbox rejiminin (tənzimləyici test reji-minin) və onun xarakterik xüsusiyyətlərinin, habelə maliyyə bazarlarına mümkün təsir istiqamətlərinin açıqlanmasına yönəlmişdir. Tədqiqat işində qabaqcıl beynəlxalq təc-rübənin açıqlanması ilə yanaşı, məntiqi ümumiləşdirmə üsulu tətbiq edilmişdir. Təd-qiqatda maliyyə bazarlarında innovativ texnologiya və həllərin tətbiqinin genişlən-məsi məqsədilə sandbox rejiminin tətbiqi üzrə əsas məqsədlər və onların təhlili yer almışdır. Həmçinin sandbox rejimi üzrə hüquqi tənzimləmə və bu sahədə qabaqcıl beynəlxalq təcrübə, bu rejimin maliyyə bazarlarına mümkün təsir istiqamətləri, o cümlədən müsbət meyillər və rejimin tətbiqi ilə bağlı baş verə biləcək risklərin əsas növləri araşdırılmışdır. Tədqiqat nəticəsində sandbox rejiminin maliyyə bazarlarına təsir istiqamətləri açıqlanaraq, ölkəmizdə bu rejimin tətbiqi ilə bağlı təkliflər irəli sürülmüşdür. Tədqiqatın məhdudiyyətləri sandbox rejimi ölkədə tətbiq edilmədiyinə görə yerli maliyyə bazarlarına təsir istiqamətləri haqqında praktik məlumatların tələb edilməsidir. Tədqiqatın praktiki əhəmiyyəti fintech ekosisteminin inkişafında sandbox rejiminin rolunun və əhəmiyyətinin araşdırılması, maliyyə bazarlarına təsir istiqamət-lərinin təhlili, habelə ölkəmizdə bu sahənin inkişafı üçün daha əlverişli olan həll yolu-nun seçilməsidir.
Açar sözlər: Sandbox rejimi, ödəniş xidməti təchizatçısı, fintech, bank olmayan ödəniş xidməti təchizatçıları.