Azərbaycanın vergi jurnalı
RESENZİYALI ELMİ JURNAL

Sandbox rejimi və maliyyə bazarlarına təsiri

Tədqiqatın əsas məqsədi rəqəmsal transformasiyanın dərinləşməsi fonunda fintech ekosisteminin inkişaf etdirilməsi məqsədilə sandbox rejiminin (tənzimləyici test reji-minin) və onun xarakterik xüsusiyyətlərinin, habelə maliyyə bazarlarına mümkün təsir istiqamətlərinin açıqlanmasına yönəlmişdir. Tədqiqat işində qabaqcıl beynəlxalq təc-rübənin açıqlanması ilə yanaşı, məntiqi ümumiləşdirmə üsulu tətbiq edilmişdir. Təd-qiqatda maliyyə bazarlarında innovativ texnologiya və həllərin tətbiqinin genişlən-məsi məqsədilə sandbox rejiminin tətbiqi üzrə əsas məqsədlər və onların təhlili yer almışdır. Həmçinin sandbox rejimi üzrə hüquqi tənzimləmə və bu sahədə qabaqcıl beynəlxalq təcrübə, bu rejimin maliyyə bazarlarına mümkün təsir istiqamətləri, o cümlədən müsbət meyillər və rejimin tətbiqi ilə bağlı baş verə biləcək risklərin əsas növləri araşdırılmışdır. Tədqiqat nəticəsində sandbox rejiminin maliyyə bazarlarına təsir istiqamətləri açıqlanaraq, ölkəmizdə bu rejimin tətbiqi ilə bağlı təkliflər irəli sürülmüşdür. Tədqiqatın məhdudiyyətləri sandbox rejimi ölkədə tətbiq edilmədiyinə görə yerli maliyyə bazarlarına təsir istiqamətləri haqqında praktik məlumatların tələb edilməsidir. Tədqiqatın praktiki əhəmiyyəti fintech ekosisteminin inkişafında sandbox rejiminin rolunun və əhəmiyyətinin araşdırılması, maliyyə bazarlarına təsir istiqamət-lərinin təhlili, habelə ölkəmizdə bu sahənin inkişafı üçün daha əlverişli olan həll yolu-nun seçilməsidir.

Açar sözlər: Sandbox rejimi, ödəniş xidməti təchizatçısı, fintech, bank olmayan ödəniş xidməti təchizatçıları.

Daha ətraflı

Dünya əhalisinin dinamikası və onun ekonometrik proqnozlaşdırılması

Xülasə

Tədqiqat işinin məqsədi dünya əhalisinin artımının zamandan və COVİD-19 pande-miyasından asılılığını göstərərək, 2030-cu il üçün demoqrafik proqnozunu verməkdir. Tədqiqat işində demoqrafik inkişafın tarixi aspektlərinə nəzər salınaraq, bəşəriyyətin gələcək inkişafında əhalinin rolu haqqında fərziyə və konsepsiyalar təhlil edilmişdir. Tədqiqatın aktuallığı müasir dövrün qlobal problemlərindən olan əhali artımının tən-zimlənməsi sahəsində əsas prosesləri əhatə etməsidir. Tədqiqat işi müqayisəli təhlil və statistik təhlil çərçivəsində ümumi elmi tədqiqat metodları əsasında, həmçinin infor-masiyanın struktur və dinamikasının təhlili, qrafik təsviri vasitəsilə yerinə yetiril-mişdir. İqtisadi faktorların qarşılıqlı əlaqəsi nəticəsində əmtəəyə verilən dəyərdən gələn gəlirin faktorlar arası optimal nisbətdə bölünməməsi Maltus nəzəriyyəsi müd-dəalarının doğruluğunun təsdiqinə gətirib çıxarmışdır. Tədqiqat nəticəsində dünya əhalisinin artımının zamandan və COVİD-19 pandemiyasından asılılığının ekono-metrik modeli qiymətləndirilərək proqnozlar verilmişdir. Tədqiqatın praktik əhəmiy-yəti ondadır ki, demoqrafiya problemləri ilə məşğul olan tədqiqatçılar müəllifin əldə etdiyi proqnozlardan yararlana bilərlər.


Açar sözlər: demoqrafiya, iqtisadi faktorlar, trend modeli, COVİD-19.


Ədəbiyyat


1. «Курс демографии» под редакцией А.Я. Боярского. М. 1985;

2. Fəlsəfə ensiklopedik lüğəti. B. 1997;

3. Валентен Д. И. «Теория и политика народонаселения». М., 1967;

4. Семенов Н.Н. «Наука и общество» М. 1973;

5. Tomas Maltus. An Essay on the Principle of Population, as It Affects the Future Improvement of Society, with Remarks on the Speculations of Mr. Godwin, M. Condorcet, and Other Writers, 1798);

6. Урланиc Б.Ц. Глобальные проблемы народонаселения и различные подходы к их решению. «Вопросы философии» № 10. 1979;

7. https://az.wikipedia.org/wiki/Demoqrafiya;

8. https://en.wikipedia.org/wiki/Benjamin_Gompertz;

9. https://en.wikipedia.org/wiki/Thomas_Robert_Malthus;

10. https://az.wikipedia.org/wiki/COVID-19_koronavirus_pandemiyas%C4%B1;

11. Y.H.Həsənli. Statistika:Praktiki nümunələrlə.Bakı, 2014, 564 s. (Y Hasanli. Statistics: Practical examples, Baku, Azerbaijan, 2014);

12. Кремер Н.Ш., Путко Б.А. Эконометрика: Учебник для вузов / Под ред. проф. Н.Ш. Кремер. – М.:ЮНИТИ-ДАНА, 2007. – 311 с.

Daha ətraflı

Azərbaycanda aqrar sahənin maliyyələşdirilməsinin mövcud vəziyyəti və inkişaf perspektivləri

Respublikamız əsasən aqrar-sənaye ölkəsi hesab edilir ki, hal-hazırda iqtisadi-tex-noloji dəyişiklər dövrünü yaşamaqdadır. Bu baxımdan milli iqtisadiyyatın mühüm sa-hələrindən biri kimi kənd təsərrüfatının istehsal münasibətlərinin inkişaf etdirilməsi xüsusilə diqqət mərkəzində olan dövlət əhəmiyyətli məsələlərindən sayılır. Mövzunun aktuallığı bu sahənin maliyyələşdirilməsi çərçivəsində iqtisadi münasibətlərin araşdı-rılmasından ibarətdir.
Tədqiqatın məqsədi kənd təsərrüfatına yönəlmiş kreditləşmənin bu sektorda məhsul-darlığın davamlı artmasına təsir edən amillərdən biri kimi öyrənilməsidir. Elmi araş-dırmanın ilkin olaraq nəzəri hissəsində kənd təsərrüfatı istehsalının xüsusiyyətləri verilmişdir. Məqalədə ölkənin ÜDM-də kənd təsərrüfatının illik payının müqayisəsi aparılmış, başqa sözlə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir-lərin həcminin ÜDM-də payı üzrə 2005-2018-ci illər ərzində şərh edilmiş, həmçinin kənd təsərrüfatına verilən kreditlərin həcmi ilə bu sahənin məhsuldarlığı arasındakı əlaqə qiymətləndirilmişdir. Təhlil üsulu kimi korrelyasiya analizi metodundan istifadə edilmişdir. Təhlil zamanı kənd təsərrüfatının istehsal dəyəri ilə bu sahəyə ayrılmış kreditlər arasındakı münasibəti göstərilmişdir. Məqalənin informasiya bazasını Dövlət Statistika Komitəsinin məlumatları, bu sahə üzrə yerli və xarici alimlərin apardıqları elmi tədqiqatlar təşkil edir.
Məqalənin elmi yeniliyi kimi müəyyən olunmuşdur ki, son 2 ildə xarici mənbələrdən maliyyələşmə həcmi, yəni kreditlərin verilməsi ilə ÜDM və kənd təsərrüfatı məhsul-larının həcmi arasında sərt əlaqə yoxdur. Başqa sözlə kənd təsərrüfatı məhsullarının istehsalı nəzərə çarpacaq qədər kreditləşmə vəsaitlərindən asılı deyildir. Araşdırmanın sonunda iqtisadiyyatın kənd təsərrüfatı sektorunda kredit sisteminin əsas inkişaf istiqamətləri sadalanmışdır.
Açar sözlər: kənd təsərrüfatı, kredit, aqrar sahə, maliyyələşdirmə, zəmanət.

Daha ətraflı

Azərbaycanda enerji sektorunun iqtisadi aspektləri və əhəmiyyəti

Tədqiqat işinin əsas mövzusu son illər daxil olmaqla, yaxın gələcək üçün enerji sekto-rundan Azərbaycanın əldə edə biləcəyi iqtisadi imkanları və potensialı müəyyən etmək və ölkənin enerji iqtisadiyyatında mövcud iqtisadi inkişaf tendensiyalarını, prob-lemləri və gələcək perspektivlərini təhlil etməkdən ibarətdir. İnkaredilməz faktdır ki, enerji təhlükəsizliyi istənilən ölkənin iqtisadi inkişafına və sosial sabitliyinə mühüm şəkildə təsir göstərir. Yüksək təkmilləşdirilmiş enerji siyasəti uzunmüddətli dövr üçün iqtisadiyyatın səmərəli idarə olunmasına imkan verir. Məhz bu baxımdan, Azərbay-canın dövlət strategiyasında enerji faktoru, milli təhlükəsizlik və xarici siyasət “üçlük zəncir” (triadic nexus) kimi çıxış edir və sözügedən üçlük zəncir iqtisadi potensialın təmin edilməsi üçün bir-birilə sıx şəkildə bağlıdır.
Strateji və mühüm obyektlərin etibarlı enerji təchizatının təmin edilməsi, boru kəmər-lərinin təhlükəsizliyi, enerji mənbələrinin diversifikasiyası, ekoloji tələblərin nəzərə alınması və enerji resurslarının səmərəli istifadəsi Azərbaycanın enerji təhlükəsizliyi prinsiplərini təşkil edir. Tədqiqat işinin əsas nəzəri və praktiki əhəmiyyəti Azərbay-canda bərpa oluna bilən enerji resursları da daxil olmaqla, mövcud olan digər enerji resurslarından səmərəli və davamlı istifadənin təmin olunacağı şəraitdə ölkənin enerji iqtisadiyyatında yüksək inkişafa nail olmaqdır.
Nəticə etibarilə, neft və qazdan asılı enerji iqtisadiyyatı tam enerji təhlükəsizliyi üçün zəmanət vermir. Azərbaycanın enerji sektorunda resursların çeşidlənməsi və ondan sə-mərəli istifadənin iqtisadi imkanları müsbət nəticələr verə bilər və ölkənin daxilində enerji təhlükəsizliyi və enerji sektorunda stabilliyin təmin olunması üçün zəmin yarada bilər.
Açar sözlər: Azərbaycan, bərpa olunan enerji mənbələri, enerji iqtisadiyyatı, enerji təhlükəsizliyi, neft və qaz resursları.

Daha ətraflı

К вопросу расчета и оценки «плавающих» таможенных тарифов

Резюме
Основная задача данного исследования является разработка обоснованной про-цедуры расчета величины таможенного тарифа в управлении внешнеэкономи-ческих связей страны и осуществление оценки этого выбора тарифа с учетом удовлетворения потребностей страны.
Регулирование внешнеэкономических связей страны, помимо административ-но-политических действий, включает широкий спектр мероприятий, связанных с содержательной стороной таможенного контроля. Изменение таможенных тарифов является одним из основных инструментов регулирования товарообо-рота страны, и возможность расчета объективно обусленного таможенного та-рифа представляет научный и практический интерес. В настоящее время, как правило, из сборника таможенных тарифов, утвержденного исполнительным органом страны, выбирается тариф, соответветствуюший десятизначной товар-ной позиции, указанной в грузовой таможенной декларации. В данной проце-дуре этапы оценки выбранных тарифов не просматриваются.
В статье предлагается алгоритм выбора и оценки таможенных тарифов с учетом степени удовлетворения потребностей страны и таможенных тарифов, испол-нительным органом страны. Данный алгоритм возможно применить как на предварительном этапе формирования тарифов, так и при таможенном офор-млении товаров. Данный подход направлен на совершенствование сущест-вующей системы.
В результе исследования выбран критерий эффективности; определены источ-ники для классификации товаров по уровню облажения таможенными пошли-нами; установлен перечень исполнительных органов, обеспечивающих инфор-мацией имитационные расчеты; выполнена формализация некоторых этапов процесса расчета таможенных пошлин; сформулированы логистические прави-ла для лица, принимающего решение.
Ключевые слова: внешнеэкономические связи, регулирование, таможенные та-рифы, уровни облажения товаров пошлинами и налогами, грузовая таможенная декларация.

Daha ətraflı

Pandemiyaların səbəb olduğu iqtisadi fəsadlar

Xülasə Məqalədə son yüz ildə dünyada baş verən dörd əsas pandemiya haqqında qısa tarixi məlumatlar yer almışdır. Bununla yanaşı, pandemiyaların Yer kürəsində nə qədər insan tələfatına və iqtisadi itkilərə səbəb olduğu öz əksini tapmışdır. Tədqiqat işinin məqsədi son baş verən pandemiyanın yaranması səbəbi haqqında qısa təsvir vermək-lə, onun səbəb olacağı

Daha ətraflı

Vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsi

Xülasə

Tədqiqatin əsas məqsədi Azərbaycan Respublikasında tətbiq olunan vergi güzəşt və azadolmalarının səmərəliliyinin müəyyən edilməsidir. Tədqiqat işi müqayisəli təhlil, sistemli yanaşma, məntiqi ümumiləşdirmə kimi tədqiqat üsulları əsasında yerinə ye-tirilmişdir. Tədqiqat işində vergi güzəştlərinin mahiyyəti açıqlanmış, Azərbaycan Res-publikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəşt və azadolmalarının təh-lili aparılmış, onların səməmrəliliyinin qiymətləndirilməsi məsələləri tədqiq olunmuş-dur. Tədqiqatın məhdudiyyətləri daha geniş praktiki informasiyanın tələb olunmasıdır. Tədqiqat nəticəsində vergi güzəşt və azadolmalarının büdcə, iqtisadi və sosial səmə-rəsinin qiymətləndirilməsi ilə bağlı təkliflər işlənib hazırlanmışdır. Tədqiqatın praktik əhəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəşt və azadolmalarının səmərəliliyinin qiymətləndirilməsində praktiki köməklik göstərilməsidir.


Açar sözlər: vergi güzəşti, vergi siyasəti, sosial güzəştlər, stimullaşdırıcı güzəştlər, vergi güzəştlərinin səmərəlilik meyarları.

Daha ətraflı

Azərbaycanda gömrük-tarif dərəcələrinin ümumi daxili məhsula və iqtisadiyyatın ayrı-ayrı sahələrinə təsirinin təhlili

Xülasə

Məqalədə Azərbaycanda gömrük-tarif siyasətinin ölkənin ümumi və qeyri-neft iqtisa-diyatının inkişafına təsirləri tədqiq edilmişdir. Eyni zamanda seçilmiş ekonometrik modellərin adekvatlığının yüksəldilməsi məqsədilə daxil edilmiş bir sıra makroiqti-sadi kontrol dəyişənlərinin də effektləri barədə müvafiq nəticələr əldə edilmişdir. Təbii ki, bu nəticələr aqreqatlaşmış şəkildə əldə olunmuşdur, yəni milli istehsalın stimullaşdırılması baxımından gömrük-tarif siyasəti kimi tarif dərəcələrinin təsirləri ümumi şəkildə müəyyən edilmişdir. Bu kontekstdə gömrük-tarif siyasəti kimi tarif dərəcələrinin iqtisadi fəaliyyət sahələri üzrə təsirlərini qiymətləndirməklə bu siyasətin Azərbaycan iqtisadiyyatının hansı sektorlarında daha effektli ola biləcəyini və bunun da sayəsində milli istehsalın stimullaşdırılmasının daha səmərəli istiqamətini müəyyən etmək mümkün olacaqdır.

Açar sözlər: gömrük-tarif dərəcəsi, iqtisadi fəaliyyət sahələri, fiskal siyasət, iqtisadi artım, sahələrarası əlaqə, vergi.

Daha ətraflı

Bir məqalə təqdim edin