Azərbaycanın vergi jurnalı
RESENZİYALI ELMİ JURNAL

Baş Redaktor

Professor Ədalət Cəlal oğlu Muradov

Professor Ədalət Cəlal oğlu Muradov

29 yanvar 1962-ci ildə doğulub.

1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib;
1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçib.

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub,
1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada
. “İqtisadiyyat və istehsalın təşkili üzrə” SSRİ-də 2-ci yerə layiq görülüb.           

1990-cı ildə Kiyev Dövlət Universitetinin əyani aspiranturasına daxil olmuş və 1993-cü ildə “Bazar iqtisadiyyatına keçid şəraitində region iqtisadiyyatının struktur dəyişiklikləri” («Структурные преобразования экономики региона при переходе к рынку») mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.  1994-cü ildə “Profi – AD” LTD (Kiyev) şirkətinə rəhbərlik edib.

1995-ci ildə Kiyev Dövlət Universitetində doktoranturaya daxil olmuş və 1998-ci ildə “Keçid iqtisadiyyatının dünya təsərrüfatı sisteminə inteqrasiyası” («Интеграция переходной экономики в систему мирового хозяйства») mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

1995-1999-cu illərdə T.Şevçenko adına Kiyev Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuş, Makroiqtisadiyyat, İqtisadi Siyasət, Beynəlxalq İqtisadiyyat, Keçid İqtisadiyyatının ümumi nəzəriyyəsi fənlərini tədris etmişdir.

1998-1999-cu illərdə “ИБ Австрия Секюритз (Украина)» İnvestisiya Bankında “Postsovet keçid iqtisadiyyatlarının tranformasiyasının təhlili” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmış, Makroiqtisadiyyat, İqtisadiyyatın dövlət tənzimlənməsi, Azərbaycanın iqtisadi siyasəti fənlərini tədris etmişdir. 3 dərs vəsaitinin, 3 monoqrafiyanın, 3 tədris proqramının, 60-dan artıq elmi məqalənin müəllifidir.

Almaniyada “Sosial bazar iqtisadiyyatı”, Yaponiyada “Ümumdünya Ticarət Təşkilatına üzvlük”, ABŞ-da “Qanun layihələrinin hazırlanmasında icraedici və qanunverici orqanların əməkdaşlığı”, Hollandiyada “İnkişaf etməkdə olan ölkələrin ticarət danışıqçıları və inzibatçıları” və s. proqramlarda iştirak etmiş, UNCTAD-ın eksperti kimi fəaliyyət göstərmişdir.

100-dən artıq beynəlxalq və yerli konfranslarda, o cümlədən Beynəlxalq Peterburq İqtisadi Forumu (İyun, 2013); İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumu, Dünya Bankı (5-6.03.2012, Bakı); İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü Forumu (2-3.03.2012, Bakı); “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” (28.04. 2010, Bakı); “Qlobal maliyyə böhranı və dövlət idarəetmə sistemində antiböhran siyasət: dünya təcrübəsi və Azərbaycan modeli” (04.06.2010, Bakı); “Diversification through innovation: prospects for growth” (5-7.05.2010, Berlin); “Keçid iqtisadiyyatlı ölkələrdə BMT-nin Minilliyin İnkişaf məqsədlərinə nail olunmasında rəqabət siyasətinin rolu” (27-28.09.2005, Bakı, UNCTAD); “Distribution services” (14-16.11.2005, UNCTAD, Cenevrə); Trade and development implications of financial services (20-21.09.2007, UNCTAD, Cenevrə); “Qloballaşma ilə bağlı məsələlərin həlli üçün Azərbaycanda potensialın gücləndirilməsi” (28-29.08.2003, UNESCAP, Bakı) və s. iştirak və çıxış etmişdir.

2002-ci ildən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində (indiki İqtisadiyyat Nazirliyi) çalışmışdır. 2002-2007-ci illərdə həmin nazirliyin “Makroiqtisadi təhlil və proqnozlaşdırma”, 2007-2009-cu illərdə “Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı”, 2009-2014-cü illərdə isə “İqtisadi siyasət, təhlil və proqnozlaşdırma” şöbələrinə rəhbərlik etmişdir. İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqçılar Qrupunun üzvü, Xidmətlər üzrə İşçi Qrupun rəhbəri olmuşdur.

Dövlət qulluğunun müşaviridir.

2009-cu ildən etibarən “Bakıelektrikşəbəkə” ASC-nin Müşahidə Şurasının Sədri, Dövlət büdcəsinin xərcləri üzrə Komissiyanın üzvü, Əmanətlərin sığortalanması Fondu Himayədarlar Şurasının üzvü, Dövlər Statistika Komitəsinin Metodologiya Şurasının üzvü, 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. UNEC-də fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

İngilis, ukrayna və rus dillərini bilir.

Ailəlidir. İki övlad atasıdır.

Bir məqalə təqdim edin