Azərbaycanın vergi jurnalı
RESENZİYALI ELMİ JURNAL

Azərbaycanda aqrar sahənin maliyyələşdirilməsinin mövcud vəziyyəti və inkişaf perspektivləri

T.T.QurbanovaDosent, Maliyyə və maliyyə institutları kafedrası, UNEC
[email protected]
, L.Ç.QəmbərovaMagistr, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM), UNEC
[email protected]

Respublikamız əsasən aqrar-sənaye ölkəsi hesab edilir ki, hal-hazırda iqtisadi-tex-noloji dəyişiklər dövrünü yaşamaqdadır. Bu baxımdan milli iqtisadiyyatın mühüm sa-hələrindən biri kimi kənd təsərrüfatının istehsal münasibətlərinin inkişaf etdirilməsi xüsusilə diqqət mərkəzində olan dövlət əhəmiyyətli məsələlərindən sayılır. Mövzunun aktuallığı bu sahənin maliyyələşdirilməsi çərçivəsində iqtisadi münasibətlərin araşdı-rılmasından ibarətdir. Tədqiqatın məqsədi kənd təsərrüfatına yönəlmiş kreditləşmənin bu sektorda məhsul-darlığın davamlı artmasına təsir edən amillərdən biri kimi öyrənilməsidir. Elmi araş-dırmanın ilkin olaraq nəzəri hissəsində kənd təsərrüfatı istehsalının xüsusiyyətləri verilmişdir. Məqalədə ölkənin ÜDM-də kənd təsərrüfatının illik payının müqayisəsi aparılmış, başqa sözlə kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir-lərin həcminin ÜDM-də payı üzrə 2005-2018-ci illər ərzində şərh edilmiş, həmçinin kənd təsərrüfatına verilən kreditlərin həcmi ilə bu sahənin məhsuldarlığı arasındakı əlaqə qiymətləndirilmişdir. Təhlil üsulu kimi korrelyasiya analizi metodundan istifadə edilmişdir. Təhlil zamanı kənd təsərrüfatının istehsal dəyəri ilə bu sahəyə ayrılmış kreditlər arasındakı münasibəti göstərilmişdir. Məqalənin informasiya bazasını Dövlət Statistika Komitəsinin məlumatları, bu sahə üzrə yerli və xarici alimlərin apardıqları elmi tədqiqatlar təşkil edir. Məqalənin elmi yeniliyi kimi müəyyən olunmuşdur ki, son 2 ildə xarici mənbələrdən maliyyələşmə həcmi, yəni kreditlərin verilməsi ilə ÜDM və kənd təsərrüfatı məhsul-larının həcmi arasında sərt əlaqə yoxdur. Başqa sözlə kənd təsərrüfatı məhsullarının istehsalı nəzərə çarpacaq qədər kreditləşmə vəsaitlərindən asılı deyildir. Araşdırmanın sonunda iqtisadiyyatın kənd təsərrüfatı sektorunda kredit sisteminin əsas inkişaf istiqamətləri sadalanmışdır. Açar sözlər: kənd təsərrüfatı, kredit, aqrar sahə, maliyyələşdirmə, zəmanət.

Mündəricat

Giriş

Kənd təsərrüfatı sahəsi istənilən dövlətin maddi istehsalının vacib hissəsidir. Aqrar sahə ölkənin ərzaq təhlükəsizliyini təşkil edən bir sənayedir. Bu sahənin əsas məqsədi əhalini təhlükəsiz kənd təsərrüfatı məhsulları ilə təmin etmək və nəticədə digər öl-kələrə ərzaq ixraçını təşkil etməkdir. Aqrar sahənin xidmətinə kənd təsərrüfatı məhsul-larının xammal və emal formasında istehsalı, həmçinin ərzaq məhsulları ilə əlaqəli xidmətlərin göstərilməsi formasında təsərrüfat fəaliyyətlərinin məcmusu daxildir.
Aqrar bazar münasibətləri şəraitində istehsal, emal və xidmət sahələrində kooperasiya əlaqələri, istehsalın idarə edilməsi, maliyyə münasibətləri və məsuliyyət ehtiyatlardan səmərəli istifadə edilməsinə yönəlmişdir [1, s. 86]. Azərbaycanda aqrar münasibətlər öz inkişafında mürəkkəb yol keçmişdir. Hal-hazırda bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatının təkmilləşdirilməsi istiqamətində müəyyən canlanma müşahidə olu-nur. Lakin sektorun tam inkişafı üçün dövlət dəstəyi lazımdır. Buna səbəb olaraq kənd təsərrüfatı istehsalının aşağıdakı xüsusiyyətlərini göstərmək olar:
1) kənd təsərrüfatı əsasən yalnız aqrar sahə üçün səciyyəvi olan təbii-iqlim və təbii-bioloji amillərdən asılıdır ki, bu da digər sahələrə nisbətən riskin yüksək səviyyəsini şərtləndirir [2, s. 21]. Riskli sahələrdə fermerlərin maddi və mənəvi zərərlə fəaliyyət-lərinə dövlət müdaxiləsi labüddür;
2) kənd təsərrüfatı bir çox standart məhsul istehsalçılarının təqdim etdiyi sahədir ki, buna görə dövlət fermerlərə dövlət dəstək proqramları olmadıqda, kənd təsərrüfatı mükəmməl rəqabət gücünü nisbətən itirir;
3) kənd təsərrüfatı aqrar-sənaye sistemi və ya ərzaq zəncirində elə bir aralıq halqadır ki, bunun nəticəsində monopoliyanın təzahürü qismində aqrar sahədə milli, təbii, sahə və lokal inhisarlaşmasına meyillilik mövcuddur. Dövlət belə olan təqdirdə məhsulun qiymətinə təsir edə, tələb olunan bazarlara kənd təsərrüfatı məhsullarının istehsalçıla-rını yönləndirə bilər;
4) torpaq və su ehtiyatlarının aşınma proseslərinin sürətlənməsi, kənd təsərrüfatı və ərzaq məhsullarında böhran və depressiya halları və s. aqrar sahə üçün əlavə çətinliklər yaradır [2, s. 5]. Kənd təsərrüfatında risklərin və gəlirliliyin münasib nisbətinə nail olunması problemi kənd təsərrüfatı məhsulları istehsalçılarının həvəsləndirilməsi üzrə dövlət proqramlarının reallaşdırılması zamanı aradan qaldırıla bilər;
5) inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının kənd təsərrüfatı sektoru üçün xüsusiyyət-lərindən bəhrələnərək göstərmək olar ki, tələb və təklif bazar amillərinin təsiri, kənd təsərrüfatı istehsalçılarına dəstək üzrə dövlət siyasətinin həyata keçirilməsi xüsusi hal kimi vurğulanmalıdır. Dövlət bu zaman tənzimləyici xarakter daşıyaraq aqrar məhsul isteh-salçılarının bazarın tələb etdiyi həcmdə istehsalı həyata keçirməyə köməklik edə bilər;
6) kənd təsərrüfatı bazarları artan qloballaşmanı əks etdirir və buna görə də, dünya qiymətlərinin dəyişməsindən və digər ölkələrdə subsidiyalaşmanın səviyyəsindən çox asılıdır. Dövlət daxili istehsalçılarına müdafiə məqsədli yardımlar etməklə həmin subyektləri bazarda saxlamağa çalışır.

Metodologiya

Tədqiqat meyarı olaraq maliyyə sahəsi seçilmişdir. Nəzərə alınmalı olan amillər sı-rasında 2005-2018-ci illər üzrə Ümumi Daxili Məhsulun həcmi, kənd təsərrüfatına kredit qoyuluşlarının həcmi yer almışdır. İstifadə edilən məlumatlar dövlət orqanla-rının rəsmi elektron ünvanlarından və elmi nəşrlərdən əldə edilmişdir. Ümumi Daxili Məhsulun həçmində kənd təsərrüfatının payı təsviri statistika formasında verilmiş və qarşılaşdırma üsulu çərçivəsində ÜDM ilə kənd təsərrüfatının istehsal dəyəri arasın-dakı korrelyasiya təhlili edilmişdir.

Təhlil

Aqrar sahə iqtisadiyyatın ən vacib hissələrindən biri olmaqla dövlətin sosial-iqtisadi inkişafını, ərzaq təhlükəsizliyini səciyyələndirən katalizator rolunu oynayır. Azərbay-can Respublikasında kənd təsərrüfatı məhsullarından əldə edilmiş gəlirin ÜDM-dəki payını aşağıdakı şəkildə nəzərdən keçirək.

Şəkil 1. Ümumi Daxili Məhsulun həcmində kənd təsərrüfatının payı (milyon manatla)

Mənbə: https://www.stat.gov.az/source/system_nat_accounts/.

Yuxarıdakı şəkildən göründüyü kimi kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlir həcminin ÜDM-də payı üzrə 2005-2018-ci illər ərzində kifayət qədər artım müşahidə edilməsə də, dinamik inkişaf son 10 ildə özünü doğrultmuşdur. Müqa-yisə olunan dövrlər arasında yalnız 2005-ci ildə kənd təsərrüfatının ÜDM-dəki payı maksimum həddə olmuş, yəni 9,1 faiz təşkil etmişdir. Bu pay nisbəti 2011 və 2012-ci illərdə ən aşağı göstəriciyə düşmüşdür. ÜDM-də dinamik inkişaf 2009 və 2015-ci il-lərdə davamlılığını itirsə də, kənd təsərrüfatı məhsullarının istehsalında geriləmə iz-lənilməmişdir. 2005-ci illə müqayisədə 2018-ci ildə kənd təsərrüfatı məhsullarındən əldə edilmiş gəlir 2,2 dəfə artmışdır.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikasının ÜDM payında kənd təsərrüfa-tının payını aşağıdakı qrafikdə təsvir edək:

Qrafik 1. 2005-2018-ci illərdə ÜDM üzrə kənd təsərrüfatında yaradılmış dəyərin payı

Mənbə: Türkiye Cumhuriyeti Cumhurbaşkanlığı Strateji Ve Bütçe Başkanlığının saytı (2020)

www.sbb.gov.tr/ekonomik-ve-sosyal-gostergeler/#1540021349004-1497d2c6-7edf, və Azərbaycan Dövlət Statistika Komitəsinin saytı (2019) (www.stat.gov.az/source/system_nat_accounts).
Müqayisə üçün bildirmək olar ki, hər iki ölkə üzrə bu göstəricilərin trendi müşahidə edilmir və Azərbaycan Respublikasından fərqli olaraq kənd təsərrüfatı sahəsində hasil olunmuş ÜDM payı Türkiyə Respublikasında daha yüksəkdir. Bu üstünlüyü müvafiq sahələrdə pay göstəricilərinin ümumi orta xəttindən müşahidə etmək olar. Belə olan halda, qeyd etmək olar ki, Türkiyə Respublikasında kənd təsərrüfatı sahəsi ölkəmizə nisbətən daha yüksək inkişaf etmişdir. Yaranmış vəziyyətin səbəblərindən biri kimi bu sahəyə yönəlmiş maliyyə investisiyalarının böyük olmasını ehtimal etmək olar.
Azərbaycan Respublikasında ÜDM-nin həcmi ilə kənd təsərrüfatının payı arasında asılılığı müəyyən etmək üçün Excel redaktorunda hesablayaraq aşağıdakı cədvəldə korrelyasiya əlaqəsini göstərmək olar:
Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə Azərbaycan Respublikası üzrə

Cədvəl 1. ÜDM ilə kənd təsərrüfatının istehsal dəyəri arasındakı korrelyasiya təhlili KORRELYASİYA ÜDM

Cədvəl 1-dən göründüyü kimi korrelyasiya əmsalı 1-ə daha çox yaxındır. Bu göstərici ÜDM ilə kənd təsərrüfatının istehsal dəyəri arasında sıx əlaqənin olmasını göstərir. Başqa formada desək, kənd təsərrüfatının istehsal dəyərində artım ÜDM-ə təsiri düz mütənasibdir.
Hazırda kənd təsərrüfatı sahəsi üzrə istehsalın stimullaşdırılması prosesində tələb və təklifin tarazlığında yaranan disbalans, xarici məhsulların qiymətlərinin səviyyəsi bə-zən ölkədaxili istehsalçıların əmtəələrinin qiymətlərinə təsir göstərdiyindən özlərinin iqtisadi maraqlarından asılı olmayaraq, onları qiymətləri bazarın tələbi səviyyəsində müəyyən etməyə məcbur edir [3, s. 184]. Xarici məhsulun ölkəyə idxalının ucuz başa gəlmə səbəbi yerli kənd təsərrüfatı məhsulları istehsalçıları üçün maraqlıdır. Xarici məhsulun ucuz başa gəlməsi yalnız texnoloji tətbiqlərlə mümkündür. Yerli istehsal-çıların bu cür texnoloji avadanlıqlardan istifadə etmələri maddi imkansızlıqdan müm-kün olmadığından onlar yerli bazarlarda qiymət amili baxımından zərərlə qarşılaşırlar. Bu zaman meydana çıxan çatışmazlığın aradan qaldırılmasında dövlətin bu sahəyə yönəltmiş olduğu siyasət dəstək ola bilər. Aqrar sahə məhsulları həcminin artırılma-sında kənd təsərrüfatının dinamik inkişafının əsas amillərindən biri də kredit resurs-larının əlçatanlığının təmin olunmasıdır. 2005 – 2018-ci illər ərzində təhlil edilən sa-həyə yönəlmiş kreditlərin ümumi həcmini aşağıdakı şəkildə göstərmək olar.

Şəkil 2. 2005 – 2018-ci illər üzrə kredit qoyuluşlarının kənd təsərrüfatına ayırmaları


Mənbə: Azərbaycan Respublikasının Mərkəzi Bankının saytı (2019) (https://www.cbar.az/page-42/monetary-indicators).

Yuxarıdakı şəkildən kredit qoyuluşlarının həcmində maksimum göstərici 2015-ci ildə əldə edildiyi görünür. Həmin ildə kənd təsərrüfatının istehsal dəyərinin həcmi 2014-cü ilə nisbətən geriləmişdir. 2016-cı ilə nisbətən son 2 ildə maliyyələşməyə ayrılmış vəsaitlərin azalmasına baxmayaraq ÜDM və kənd təsərrüfatı məhsullarının istehsal dəyəri ilə müqayisədə vizual olaraq müşahidə etmək olar ki, bu vəsaitlərin istehsala o qədər də təsiri olmamışdır. Onu da qeyd etmək olar ki, 2015-ci ildə kredit qoyuluş-larının həcmi 2016-cı ilin məhsuldarlığına müsbət təsir etmişdir.
Kənd təsərrüfatı krediti aqrar sektorda müasir texnologiyaların mənimsənilməsində və istehsal sisteminin təkmilləşdirilməsində və nəticədə kənd ərazilərinin iqtisadi inkişa-fında mühüm rol oynayır. Bu maliyyələşmədən istifadə edərkən daha çox texniki və əməliyyat informasiya-kommunikasiya texnologiyalarına ayırmalarda nəzərə alınma-lıdır. Ümumiyyətlə, bu növ kreditin istifadəsi vaxt keçdikcə müxtəlif ölkələrdə sosial-iqtisadi münasibətlərin yaxşılaşmasına nəticə etibarilə təsir edir [4: s.123].
Ölkəmizdə 2005 – 2018-ci illər ərzində kənd təsərrüfatının istehsal dəyəri ilə bu sahəyə ayrılmış kreditlər arasında əlaqəni öyrənmək üçün aşağıdakı cədvəldə korrelyasiya təhlilini belə göstərmək olar:
Cədvəl 2. Kənd təsərrüfatının istehsal dəyəri ilə bu sahəyə ayrılmış kreditlər arasındakı əlaqə KORRELYASİYA

Cədvəl 2-dən göründüyü kimi korrelyasiya əmsalının 0-a daha yaxın olması göstəricilər arasındakı əlaqənin aşağı olduğunu bildirir, yəni kreditləşmənin məhsuldarlığın artma-sına təsiri aşağı səviyyədədir. Bu səbəbdən kreditləşmə şərtləri və infrastruktur imkan-larının kənd təsərrüfatı subyektləri üçün uyğun olmaması qənaətinə gəlmək olar.
Ölkəmizdə dövlət dəstəyi ilə kənd təsərrüfatı iqtisadiyyatının inkişaf etdirilməsi üçün məqsədli proqramlar hazırlanmışdır. Buna səbəb olaraq əhalinin şəhərlərə axını nəti-cəsində bu sahədə yaranan ixtisaslı kadr çatışmazlığı; müasir texnika və avadanlıqların kifayət qədər olmaması, mövcud əsas inventarların yüksək dərəcədə köhnəlməsi ilə ifadə olunan sektorun modernləşməsinin aşağı dərəcəsi; ümumilikdə kənd təsərrüfa-tının inkişafına təsir edən bazar infrastrukturunun aşağı inkişafı; nəzarətsiz təbii amil-lərin təsiri kimi xüsusi risklərin olması ilə əlaqəli maliyyələşmənin qeyri-sabitliyini göstərmək olar. Qeyd edilən bu amillər aqrar sahənin effektiv işləmə qabiliyyətinə mənfi təsir göstərir.

Hazırda Azərbaycan Respublikasında kənd təsərrüfatı sektoruna dövlət tərəfindən rəs-mi dəstək verilir. Dövlət dəstəyi vergi güzəştləri, əlavə olaraq maddi yardım və kənd təsərrüfatı texnikalarının alınması üçün stimullar (gömrük güzəştləri və lizinq) forma-sında təqdim edilir. Vergi güzəştləri ilə yanaşı, dövlət kənd təsərrüfatı istehsalçılarına yanacaq, maşın yağları və mineral gübrələrin verilməsi, o cümlədən toxum yetişdiril-məsinə subsidiyalar formasında aqrar sahəyə stimul verir [5, s. 12]. Mövcud şəraitdə iqtisadiyyatın kənd təsərrüfatı sektorunun kredit sisteminin əsas inkişaf istiqamətləri aşağıdakılardır:
Birincisi, kənd təsərrüfatı istehsalçılarının təbii hadisələr səbəbindən məhsulun ərsəyə gəlmədiyi hallarda yaranmış borclarının müəyyən hissəsinin güzəşt edilməsi və silin-məsi yolu ilə restrukturizasiyası.
İkincisi, kənd təsərrüfatı istehsalçılarının bank investisiya kreditləşməsinin genişlən-dirilməsi məqsədi ilə kreditləşmənin zəmanətliyinin təmin edilməsi. Bununla əlaqədar 2016-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 3.1.2.-ci tədbirində Kredit zəmanət fondunun yaradılması qarşıya qoyulmuş hədəflərdəndir [6, s. 83]. Kredit zəmanətliliyi həmçinin maliyyə (investisiya) resurslarının əlçatanlığını təmin etməyə imkan verəcəkdir. Xüsusi olaraq bu sahəyə ayrılan kreditləşmənin zəmanətliyinin dövlət tərəfindən yerinə yetirilməsi müsbət cəhətdir. Kreditləşmənin zəmanətliyi təmin olunan zaman istehsalçının təsərrüfatı öyrənilərək müəyyən təhlillər edilir. Zəmanətin möhkəmlənməsi məqsədilə dövlət kreditlər üzrə təminatlar verməklə kommersiya banklarının verdiyi kreditlərin həcmindən müəyyən payda xüsusi fondda pul və-saitlərini ehtiyatda saxlaya bilər. Kənd təsərrüfatı istehsalçısının ödəmə qabiliyyəti ol-madıqda, bu zaman dövlət itkilərin bir hissəsini banka kompensasiya edə bilər. Zə-manət fondları kreditlərin geri qaytarılması üzrə təminatlar verməklə sığortaçılar qis-mində çıxış edə bilər.
Üçüncüsü, kənd təsərrüfatı təyinatlı torpaqların əsas zəmini və kənd təsərrüfatında istehsalın əsasını təşkil etməsi ilə şərtlənən kreditləşmənin inkişafı kredit üzrə təminat kimi çıxış edə bilər. Torpaqların girov mexanizminin səmərəli fəaliyyəti kənd təsərrü-fatına uzunmüddətli investisiyaların cəlb edilməsinə və kənd təsərrüfatı istehsalçıla-rının iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradır.
Dördüncüsü, kənd təsərrüfatı kredit əməkdaşlığı imkanlarının genişləndirilməsi. Kənd yerlərində maliyyə bazarının inkişafının ən vacib üsullarından biri kreditləşmənin təş-kilidir. Bu, kredit təşkilatları üçün kənd təsərrüfatı subyektlərinin geniş təbəqələrinə uyğun şərtlərlə zəruri maliyyə xidmətlərinin göstərilməsində yeganə imkandır. Fikri-mizcə, uzunmüddətli perspektivdə kənd təsərrüfatı kredit əməkdaşlığının mövcud potensialını artıraraq, ölkənin maliyyə bazarlarında rəqabətin inkişafına öz töhfəsini verəcəkdir. Kənd təsərrüfatında kredit əməkdaşlığının inkişaf etdirilməsinin məqsə-dəuyğunluğu həm də bu kredit münasibətləri sistemi istehsalçıların gəlirlərini artıraraq özünü səmərəli şəkildə göstərməsinə, hər bir kənd təsərrüfatı subyektinə vaxtaşırı innovativ fəaliyyətin həyata keçirməsinə imkan verməsidir.
Sonda qeyd etmək olar ki, kənd təsərrüfatında kredit sistemi büdcə maliyyəsi ilə bir-likdə ölkənin ərzaq təhlükəsizliyi və ərzaq müstəqilliyi probleminin həllində ciddi rol oynaya bilər.

Nəticə

Aqrar sahəyə dövlət maliyyələşdirməsinin səmərəlilik səviyyəsi dövlətin bölgələrdə kənd təsərrüfatının inkişafına yatırdığı vəsaitlərin geri qaytarılması ilə ölçülə bilər. Zənnimizcə, maliyyələşdirmə həcmini təyin edərkən və regional prioritetləri müəy-yənləşdirərkən infrastruktur imkanlarını nəzərə almaq lazımdır. Dövlət maliyyələşdir-məsinin yüksək səviyyəsi hazırda kənd təsərrüfatında məhsuldarlığın aşağı səviyyədə olduğu bölgələrdə müşahidə olunur. Belə vəziyyət başadüşüləndir. Buna səbəb kimi bölgələrdə kənd təsərrüfatının kifayət qədər maliyyələşməməsi və sərmayə qoyuluşu həyata keçirilən zaman istehsal həcminin artması şəklində yüksək gəlir əldə edilmə-məsidir. Yüksək dövlət dəstəyi olan bölgələrdə kənd təsərrüfatının maliyyə mənbələri ilə doyması daha çoxdur və onlarda gəlir aşağı olur. Buna görə kənd təsərrüfatını dəstəkləmək üçün dövlət büdcəsindən ayırmaların miqdarı müəyyən edilən bölgələrdə kənd təsərrüfatının dövlət maliyyələşdirməsinin mövcud siyasətində nəzərə almaq məqsədəuyğundur. Bu istiqamətdə mərkəzləşdirilmiş dövlət fondlarının çevik şəkildə bölüşdürülməsinə və ilk növbədə dövlət maliyyələşdirməsinin yüksək səviyyədə oldu-ğu bölgələrdə yenidən işlənməsinə diqqət edilməsi tövsiyə olunur. Bu, birincisi, regionnal aqrobiznesin daha balanslı inkişafını təmin etməyə, ikincisi, ölkə iqtisadiy-yatının kənd təsərrüfatı sektorunun inkişafı üçün ayrılmış məhdud maliyyə mənbələ-rindən istifadənin səmərəliliyini artırmağa imkan verəcəkdir.

Ədəbiyyat

1. İbrahimov İ.H. (2016) Aqrar sahənin iqtisadiyyatı. (Monoqrafiya). Bakı, 665 səh.;
2. Hüseynov M.С., Əmrahov V.T., Qasımov A.M., Həsənov A.F. və Nərimanov N.A., (2016) Aqrar istehsal strukturunun diversifikasiyası; (Gəncə-Qazax iqtisadi rayonunun misalında). – Bakı: Elmin İnkişafı Fondu, 168 səh.;
3. Xalıqova N.A. (2019) Kənd təsərrüfatı məhsullarının istehsal-satış fəaliyyətinə təsir göstərən amillər və bu fəaliyyətin genişləndirilməsı strategiyası. «Elmi Əsərlər» jurnalı – №1- 2019. S.182-188;
4. E. Gunes, H. Movassaghi, (2017) “Comparative Analysis of Agricultural Credit System and Organization in Selected Countries”, International Journal of Applied Agricultural Sciences. Vol. 3, No. 5, 2017, pp. 123-135. doi: 10.11648/j.ijaas. 20170305.14;
5. Сулейманов Э.,2016, “Азербайджан”. Обзор агропродовольственной торговой политики в постсоветских странах. 2014-15, Журнал. ФАО, 2016;
6. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi. (2016) Bakı. 177 səh.;
7. http://www.stat.gov.az/”stat.gov.az;
8. www.cbar.az;
9. www.sbb.gov.tr.

Bir məqalə təqdim edin