Azərbaycanın enerji siyasəti uzunmüddətli perspektivdə enerji müstəqilliyinin təmin olunmasına əsaslanır. Azərbaycan xalis enerji ixracatçısıdır. Xam neft və təbii qaz istehsalı və ixracı Azərbaycan iqtisadiyyatının və eyni zamanda, hökumət gəlirlərinin mərkəzidir [1]. Təbii qaz Azərbaycanın ümumi daxili istehlakının üçdə ikisini təşkil edir. Bununla müqayisədə isə, neft ümumi enerji istehlakının üçdə birindən azını təşkil edir [2]. 2018-ci ilin avqust ayında Xəzər dənizi ilə həmsərhəd olan beş ölkə Xəzər dənizinin hüquqi statusu və dəniz dibi ilə bağlı on illərlə davam edən delimitasiya və ya bölüşdürmə mübahisəsi ilə əlaqədar yenidən bir araya gəldilər. Sözügedən görüş zamanı, əldə edilən razılaşmaya əsasən, əvvəllər mübahisə doğuran Xəzər dənizinin suyu artıq dənizdə əlavə kəşfiyyat və infrastruktur qurmağa imkan yaradırdı. Xüsusilə Türkmənistandan sualtı boru kəmərlərinin çəkilməsi Azərbaycanı Xəzərin nefti və təbii qazı üçün Avropaya daha nüfuzlu tranzit ölkəsi halına gətirə bilər. Neft və Qaz Jurnalının hesabatına istinad edərək, qeyd etmək lazımdır ki, (OGJ) 2017-ci ilin so-nunda Azərbaycanın sübut edilmiş xam neft ehtiyatlarının 7 milyard barel qiymət-ləndirildiyi açıq bir həqiqətdir [3].
Tədqiqatın təhlili əsasən iki əsas – nəzəri və empirik hissələri əhatə edir. Alınan təd-qiqatda həm keyfiyyət, həm də kəmiyyət üsulları səmərəli istifadə edilmişdir. Araş-dırma zamanı tədqiqata müqayisəli, tarixi, statistik tədqiqat üsulları da tətbiq edil-mişdir. Qeyd etmək lazımdır ki, son dövrlərə qədər Azərbaycanın enerji resurslarının iqtisadi potensialı və ölkə üçün qazandıracağı iqtisadi imkanlar və resursların səmərəli və davamlı şəkildə istifadəsinə dair dərindən analiz müşahidə olunmamışdır. Azərbay-canda həm neft və qazın timsalında enerji resursları və digər alternativ enerji resursları üçün yüksək şəkildə təchiz edilmiş enerji infrastrukturlarının təmin edilməsi, resurs-ların müxtəlifliyi və bunun vasitəsilə qənaətçilik və səmərəli istifadənin təşkili və şəffaf enerji inzibatçılığı məhz respublika ərazisində enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya biləcək əsas faktorlardır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF/SOFAZ) neft və təbii qaz fəaliyyəti vasitəsilə ölkədə valyuta və aktivləri idarə edir və tənzimləyir. Beləliklə, Azərbaycan 2018-ci ilin əvvəlində 2017-ci ilin əvvəlindən 8% artmış olan 35.806 milyard dollar civarında idarəolunan aktivlərə sahib idi [4]. Milli neft şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ/SOCAR) ölkədə neft və təbii qaz yataqları kəşf edir və onun istehsal prosesini həyata keçirir. 2017-ci ildə ARDNŞ gündə təqribən 150 min barel (b/d) neft hasil edirdi, bu isə nəticə etibarilə, Azər-baycanın ümumi neft hasilatının 20%-ni təşkil edirdi [5]. Enerji ehtiyatlarının kəş-fiyyatı və hasilatına gəldikdə, 2017-ci ildə Azərbaycan gündə təqribən 800.000 barel (b/d) neft və digər mayelər istehsal etmiş və onlardan təqribən 120.000 barel resursları istehlak edilmişdir [6].
Şəkil 1. SOCAR tərəfindən qaz hasilatı üzrə (illik) iqtisadi və statistik göstəricilər
2017-ci ildə Azərbaycanın əsas dənizkənarı Azəri-Çıraq-Günəşli (AÇG) yataqları üçün hasilatın pay bölgüsü sazişi (PSA) 2049-cu ilə qədər uzadıldı ki, bu da əlavə sərmayə və güclənmiş bərpa sistemi əsasında Azərbaycanın güclü neft istehsalçısı olaraq qalacağını ehtimal edir. Yeni pay bölgüsü sazişinə əsasən ARDNŞ-in AÇG kompleksindəki payı 25%-ə yüksəlmişdir [7]. Lakin qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycanın ümumi neft hasilatının AÇG yataqlarından əldə edilən 70%-dən çoxu, təxminən 588.000 barrel/gün təşkil edirdisə [8], 2016-cı illə müqayisədə bu, 630.000 barrelden az oldu. Azərbaycan neftinin böyük hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) vasitəsilə ixrac olunur. Bununla birlikdə, 2017-ci ildə Türkmənistan və Qazaxıstandan neft də daxil olmaqla ortalama 700.000 barel ixrac edilmişdi, lakin boru kəməri 1,2 milyon barel tutumundan xeyli az işləmişdir [9].
Qaz ehtiyatları baxımından, 2018-ci ilin yanvar ayında təqribən 35 trilyon kub metr qiymətləndirilən Azərbaycanın sübut edilmiş təbii qaz ehtiyatlarının əksəriyyəti Şah-dəniz təbii qaz və kondensat yatağında yerləşir [10]. Qaz ehtiyatlarının kəşfiyyatı və hasilatına gəldikdə, 2016-cı ilin ilkin qiymətləndirmələrində 2015-ci ildən 2016-cı ilə qədər ölkənin təbii qaz istehlakı və istehsalında təxminən 2,5% azalma müşahidə olunur [11] (bax Şəkil 1).
Şəkil 2. Azərbaycan neft və digər mayelərin istehlakı (günə min barel)
2017-ci ildə qaz yataqlarında təxminən 360 milyard kubmetr təbii qaz və 19 milyon barel kondensat hasil edilmişdir. Azərbaycan 2016-cı ildə təqribən 284 milyard kubmetr təbii qaz ixrac edib [12]. Ölkə Xəzərdən təbii qaz ixracının böyük hissəsini Gürcüstan üzə-rindən Türkiyə və Cənubi Avropaya nəql edir. Bakı-Tbilisi-Ərzurum (BTE) boru kəməri genişləndirilərək Türkiyəni keçəcək Trans-Anadolu Boru Kəmərinə (TANAP) və Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq və Türkiyə sərhədindən keçərək təbii qaz Adriatik dənizi altından Cənub-Şərqi Avropa və İtaliyaya nəql ediləcəkdir.
Ölkədəki elektrik istehsalına gəldikdə isə, 2016-cı ildə Azərbaycanın elektrik istehlakı təxminən 21,6 milyard kilovat-saat olaraq qaldı [13] (bax Şəkil 2). 2015-ci ildə Azər-baycanın elektrik enerjisinin 90%-dən çoxu təbii qazla işləyən enerjidən, 1%-dən az hissəsi neftlə işləyən elektrik enerjisindən gəldi. Su elektrik stansiyası 2015-ci ildə ümumi elektrik istehsalının təxminən 7%-ni təşkil etmişdir [14].
Şəkil 3. Azərbaycanda əsas enerji istehlakı (2015)
Ənənəvi enerji mənbələrindən başqa, ölkənin coğrafi mövqeyi alternativ və bərpa olu-nan enerji ehtiyatlarından istifadə etmək üçün imkan verir ki, bu da enerji resurslarının istifadəsinin balansını saxlamağa kömək edir. Buna görə də, dövlət yenilənəbilən enerji qaynaqları üzərində enerji infrastrukturunun investisiya və modernləşdirilməsi-nə xüsusi maraq göstərməlidir. Azərbaycan alternativ enerji ehtiyatlarının istehsal və istifadəsi üçün kifayət qədər potensiala malikdir, lakin hələ də neft və qaz hasilatı çox sayda enerji istehsalını təşkil edir. Azərbaycanda yalnız neft və qazın timsalında möv-cud enerji resursları üzərində mərkəzləşmək iqtisadi imkanların tam şəkildə təmin edilməsində əsas rol oynamır. Bu baxımdan, ölkə yenilənə bilən enerji resurslarına daha çox diqqət ayırmalı, ölkədə yenilənə bilən enerji resursları üçün mümkün poten-siallı coğrafi regionlarda infrastrukturlar təmin etməli və bu sahədə müvafiq tədbirlər və islahatlar həyata keçirməlidir. Bütün bunlar iqtisadi və sosial sabitliyə yönəlik enerji resurslarından istifadənin diversifikasiyasını təmin etmək üçün nəzərdə tutulur [15]. Bu səbəbdən, Azərbaycanda mövcud enerji resurslarının diversifikasiyası (müxtəlif-liyi) ölkədə enerji iqtisadiyyatının inkişaf etdirilməsi və ümumilikdə, ölkədə iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, alternativ enerji infrastrukturlarının inkişaf etdirilməsi, Azərbaycanın effektiv ətraf mühit siyasətinin idarə edilməsinin həyata keçirilməsi ölkədə istər ənənəvi, istərsə də bərpa oluna bilən enerji mənbələrindən istifadə üçün şərait yarada bilər və bu, Azərbaycan iqtisadiyyatını dayanıqlı bir yola çıxarmaq üçün böyük bir fürsətdir. Bərpa olunan enerji mənbələrinin inkişafı hökumət strategiyasının prioritet istiqamətidir. Bu baxım-dan, Azərbaycan meşələrin salınması və meşələrin bərpası, alternativ enerji mənbələ-rindən istifadə, yanacaq-enerji kompleksinin inkişafı və digər sahələr üzrə dövlət proq-ramları həyata keçirməyə davam edir. Lakin alternativ enerji mənbələrindən istifa-dənin müəyyən məhdudiyyətləri mövcuddur. Belə ki, ölkə kiçik hidro, günəş və külək enerjisindən istifadə sahəsində bir sıra irəliləyişlər əldə etsə də, müxtəlif alternativ enerji resurslarının geniş istifadəsini optimal səviyyədə təsdiqləmək üçün kifayət qədər dəlil yoxdur. Bərpa olunan enerji sektoruna Azərbaycanda daha az diqqət yeti-rilir, buna görə də, inkişaf neft və qaz hasilatı ilə müqayisədə yavaşdır. Halbuki ölkə 2020-ci ilə qədər elektrik enerjisi istehsalında 20% bərpa olunan enerji iddialı hədəfi ilə bərpa olunan enerji mənbələrini prioritet halına gətirir [16]. Bununla yanaşı, ölkə dəstəkləyici siyasət və təşviqlər yolu ilə bərpa olunan enerji sektoruna özəl investisi-yaları artırmağa çalışsa da və müstəqillik qazandıqdan bəri geniş yayılmış özəlləş-dirməyə baxmayaraq, Azərbaycanda enerji sektoru əsasən dövlətin mülkiyyətindədir. Yalnız bir ovuc kiçik su elektrik stansiyası şəxsi mülkiyyətdədir və onlar elektrik enerjisi istehsalının 1%-dən azını təşkil edir. Azərbaycanda həm neft və qazın timsa-lında enerji resursları və digər alternativ enerji resursları üçün yüksək şəkildə təchiz edilmiş enerji infrastrukturlarının təmin edilməsi, resursların müxtəlifliyi və bunun vasitəsilə qənaətçilik və səmərəli istifadənin təşkili və şəffaf enerji inzibatçılığı məhz respublika ərazisində enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya biləcək əsas amillərdir [17]. Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarına diqqət yetirilsə də, əslində, ölkə ərazisində sözügedən resursların istismarı və istehsalı ilə əlaqədar mərkəzləşdirilmiş enerji idarəçiliyi və ya yüksək şəkildə təchiz edilmiş enerji infrastrukturları mövcud deyil [18]. Hal-hazırda Azərbaycanda təbii qaz da daxil olmaqla, elektrik enerjisinin çoxu yanacaqdan istehsal olunur. Demək olar ki, Azərbaycanda istehsal olunan bütün elektrik enerjisinin mənbəyi olmaqla yanaşı, neft və qaz ixracı Azərbaycan iqtisadiyyatının əsasını təşkil edir və dünya bazarlarında qiy-mət dəyişkənliyinə yüksək həssaslıq nümayiş etdirir. Bundan başqa, 2018-ci illə 2020-ci il arası hökumət külək, Günəş və biokütlədən elektrik enerjisi istehsal etmək gücünü 420 megavat artırmağı hədəfləmişdir. Enerji Azərbaycan iqtisadiyyatında əsas yer tutduğundan, ölkənin enerji portfelindəki belə bir dəyişikliyin diqqətli şəkildə qiymət-ləndirilməsinə ehtiyac duyulur [19].
Su və üzvi birləşmələr kimi digər birləşmələrə bağlandığı üçün hidrogen enerjisi təbiətdə sərbəst şəkildə mövcud deyildir. Hidrogen istilik enerjisi nəqliyyat, elektrik enerjisi istehsalı kimi sahələrdə istifadə olunur, bundan əlavə, maye və ya qaz şəklində portativ cihazlarda da istifadə olunur. Bundan əlavə, hidrogen həm qalıq enerjisindən,
həm də bərpa olunan enerji mənbələrindən istehsal edilə bilər. Hidrogen texnologi-yasının olduqca bahalı olmasına baxmayaraq, hasilat, saxlama, ötürmə və paylama kimi problemlərin həll ediləcəyi təqdirdə, qalıq yanacaq texnologiyalarından daha yax-şıdır. Son dövrlərdə Azərbaycanda müasir texnologiyalarla işləyən yeni elektrik stan-siyaları istifadəyə verildi ki, bu da ölkədə elektrik enerjisi istehsalı sistemini 6000-dən çox meqavat gücə çatdırdı. “Azərenerji” ASC tərəfindən Azərbaycanda üç kiçik su elektrik stansiyasının inşası başa çatdığı elan olunur. Bunlardan ikisi İsmayıllıda, biri Astarada var. Kiçik su elektrik stansiyalarının inşası daşqınlara nəzarət, təmiz elektrik enerjisi istehsalı və yeni suvarma systemlərinin qurulması kimi ümummilli əhəmiyyətə malik olan problemləri həll edə bilər. Göyçay stansiyasında quraşdırılmış gücü 3,1 meqavat olan kiçik su elektrik stansiyası 2016-cı ilin birinci rübü ərzində 746 min ki-lovat/saatdan artıq elektrik enerjisi istehsal etmişdir [20]. Digər alternativ enerji mən-bələri ilə müqayisədə külək enerjisi, külək enerjisi qurğularının istifadəsi üçün həddən artıq perspektivə görə, Azərbaycanda ən arzuolunan bərpa olunan enerji mənbəyidir. Məlumatlar coğrafi mövqeyinə və iqtisadi infrastrukturuna görə Azərbaycan Respubli-kasının illik 800 MVt gücündə külək enerjisi gücünə sahib olduğunu göstərir. Təxmi-nən 2,4 milyard kVt/saat elektrik enerjisi ilə çox sayda karbon qazı israf etməkdən qaçmaqla 1 milyon ton şərti yanacaq qənaət etmək olar.
Əlverişli küləkli şərait Abşeron yarımadasında və Xəzər hövzəsinin şimal-qərbindəki dəniz sahillərində və adalarda olduğu üçün Gəncə-Daşkəsən zonasında və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa bölgəsində orta tutumlu külək enerjisi qurğuların-dan istifadə məqbuldur. Fakt budur ki, həmin bölgələrdə küləyin illik orta sürəti saniyədə 3-5 metrdir. Günəş enerjisi bol, asanlıqla əldə edilə bilən və davamlı enerji istehsal sistemlərinin etibarlı formalarından biridir. Coğrafi mövqeyinə istinad edərək qeyd et-mək lazımdır ki, Azərbaycan Günəş enerjisi potensialına görə əlverişli ölkələrdən biridir. Ölkənin iqlim şəraiti Günəş enerjisindən istifadə edərək elektrik və istilik enerjisi istehsalı üçün geniş imkanlar verir. Bu şərtlər Azərbaycanda Günəş işığının 2400-3200 illik sayının ABŞ və Orta Asiyada illik Günəş işığının saat sayının 2500-3000 saat sə-viyyəsində potensial tərəqqi baxımından geri qalmadığını təsdiqləyən sübutdur. Bundan əlavə, Azərbaycanın Fotovoltaik Proqramının (PVP) tətbiqində iştirakı onun enerji prob-lemini qismən həll edə bilər [21].
Geotermal enerji bərpa olunan, davamlı, tükənməyən, münasib və ekoloji cəhətdən təmiz enerji mənbəyidir. Geotermal (geo – torpaq, termal – istilik deməkdir) istilik enerjisi isti su, buxar və bəzi kimyəvi maddələr olan qazların bir hissəsidir. Geoter-malın mənbəyi yer qabığının dərin səviyyələrində mövcud olan isti maqma və məhv edilmiş radioaktiv materiallardır. Geotermal resurslara daha çox Böyük və Kiçik Qafqazda, Abşeron yarımadasında, Talış dağ zonasında, Kür ovalığında və Xəzər-Quba bölgəsində rast gəlinir [21]. Məişət və digər istilik enerjisi ehtiyacları qismən bu ərazilərdəki termal suların istismarı ilə ödənilə bilər. Azərbaycanın enerji sisteminin gücü 6000 meqavatdan çoxdur.
Bununla yanaşı, mütəxəssislərin fikrincə, ölkədə bərpa olunan enerji mənbələrinin po-tensialı 25.300 meqavatdır. Hal-hazırda Azərbaycanda elektrik enerjisi istehsalının təqribən 18 faizi alternativ enerji mənbələrinin payına düşür, bunların arasında su elek-trik stansiyaları əsas paya sahibdir, baxmayaraq ki, ölkənin bu sahədəki potensialının böyük hissəsi Günəş enerjisinə (təqribən 5000 meqavat) düşür. 4500 meqavat gücündə külək enerjisi, 1500 meqavat – biokütlə, 800 meqavat – geotermal enerji, qalan 350 meqavat isə kiçik su elektrik stansiyalarının payına düşür. Alternativ enerji sahəsində ümumi dəyəri 2,3 milyard dollar olan bir sıra layihələrin həyata keçirilməsi planlaş-dırılır. Beləliklə, Azərbaycan hökuməti 2030-cu ilə qədər ümumi enerji istehsalında alternativ enerjinin payını 30 faiz artırmağı planlaşdırır [23].
Son dövrlərə qədər Azərbaycanın enerji resurslarının iqtisadi potensialı və ölkə üçün qazandıracağı iqtisadi imkanlar və resursların səmərəli və davamlı şəkildə istifadəsinə dair dərindən analiz müşahidə olunmamışdır. Azərbaycanda həm neft və qazın tim-salında enerji resursları və digər alternativ enerji resursları üçün yüksək şəkildə təchiz edilmiş enerji infrastrukturlarının təmin edilməsi, resursların müxtəlifliyi və bunun vasitəsilə qənaətçilik və səmərəli istifadənin təşkili və şəffaf enerji inzibatçılığı məhz respublika ərazisində enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaya biləcək əsas faktorlardır. Azərbaycan həm ənənəvi, həm də alternativ enerji ehtiyat-larının istehsal və istifadəsi üçün kifayət qədər potensiala malikdir, lakin hələ də neft və qaz hasilatı çox sayda enerji istehsalını təşkil edir. Azərbaycan iqtisadiyyatını neft və qazdan asılı iqtisadiyyat adlandırmaq daha doğru olar. Azərbaycanın mövcud enerji ehtiyatlarının davamlı istifadəsinin yaxın gələcək üçün mümkün olmasına baxma-yaraq, Azərbaycanın bərpa olunan enerji ehtiyatlarının da xarici ticarətə cəlbi bu sa-hədə müvafiq strateji qərarların qəbulu və tədbirlərin həyata keçirilməsini zəruri edir.
Ədəbiyyat
1. “Resurs səmərəliliyinin artması və Azərbaycanda yaşıl böyümə perspektivləri” /“Resource Efficiency Gains and Green Growth Perspectives in Azerbaijan”, Mövcuddur: https://library.fes.de/pdf-files/id-moe/09454.pdf, Keçid edilmişdir: 27.10.2019
2. BP, “Dünya Enerji 2018 statistik icmalı”, Mövcuddur: https://www.bp.com/content/dam/bp/business-sites/en/global/corporate/pdfs/energy-economics/statistical-review/bp-stats-review-2018-full-report.pdf,Keçid edilmişdir: 27.10.2019;
3. Neft və Qaz Jurnalı, “Dünya miqyasında Ehtiyatlara və İstehsal Baxışı” (2017), Mövcuddur: https://www.ogj.com/ogj-survey-downloads/worldwide-production/document/17299725/worldwide-production, Keçid edilmişdir: 25.10.2019;
4. Azərbaycan Respublikası Dövlət Neft Fondu, “ARDNF-in 2017-ci ilin yanvar-dekabr ayları üçün gəlirləri və xərcləri haqqında hesabat”. Mövcuddur: https://oilfund.az/storage/uploads/7_2017_tam_en.pdf, Keçid edilmişdir: 27.10.2019;
5. SOCAR, Mövcuddur: http://www.socar.az/socar/en/economics-and-statistics/economics-and-statistics/oil-production, 28.10.2019;
6. Neft və Qaz Jurnalı, “Ümumdünya Neftayırma zavodları – 1 yanvar 2018-ci il tarixinə olan imkanlar” (2017), Mövcuddur: https://www.ogj.com/ogj-survey-downloads/worldwide-refining/document/17299951/worldwide-us-refinery-surveycapacities-as-of-jan-1-2019, Keçid edilmişdir: 29.10.2019BP;
7. “Azərbaycan hökuməti və tərəfdaşlar Azəri-Çıraq-Dərinsulu Günəşli ilə Dəyişiklik və Yenidənqurma Sazişi imzaladılar. Mövcuddur: https://www.bp.com/en/global/corporate/news-and-insights.html, 28.10.2019;
8. BP, “2017-ci il nəticələri”, Mövcuddur: https://www.bp.com/en_az/caspian/press/businessupdates/2017-year-end-results.html, Keçid edilmişdir: 29.10.2019;
9. BP, “2016-cı il nəticələri”, Mövcuddur: https://www.bp.com/en_az/caspian/press/businessupdates/2016-year-end-results1.html, Keçid edilmişdir: 29.10.2019;
10. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Enerji: xam neftin mal tarazlığı/Energy: Commodity balance of crude oil”, Mövcuddur: https://www.stat.gov.az/source/balance_fuel/?lang=en, Keçid edilmişdir: 29.10.2019;
11. BP, “Şah Dəniz”, Mövcuddur: https://www.bp.com/en_az/caspian/operationsprojects/Shahdeniz.html, Keçid edilmişdir: 30.10.2019;
12. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Enerji: Enerji məhsullarının ixracı”, Mövcuddur: https://www.stat.gov.az/source/balance_fuel/?lang=en. Keçid edilmişdir: 30.10.2019;
13. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, “Energetika: Elektrik enerjisi istehlakı”, Mövcuddur: https://www.azstat.org/MESearch/search?departament=3 HYPERLINK “https://www.azstat.org/MESearch/search?departament=3&lang=en”& HYPERLINK “https://www.azstat.org/MESearch/search?departament=3&lang=en”lang=en, Keçid edilmişdir: 30.10.2019;
14. Beynəlxalq Enerji Agentliyi (IEA), “Dünya Enerji Balansları 2017 nəşr”., Mövcuddur: https://www.oecd-ilibrary.org/energy/world-energy-balances-2017_world_energy_bal-2017-en, Keçid edilmişdir: 30.10.2019;
15. Cəmil Məlikov, (2015): “Bərpa olunan enerji və enerji səmərəliliyi siyasəti: Azərbaycanın təcrübəsi və strateji görünüşü”;
16. Xəzər İnformasiya Mərkəzi, (2013): “Azərbaycan: Alternativ və Bərpa Olunan Enerji – Biznes perspektivi”, Keçid edilmişdir: 29.10.2019;
17. “Azərbaycanda bərpa olunan enerjiyə investisiya: Üç alternativ investisiya ssenarisinin qiymətləndirilməsi”/ “Investing in Renewable Energy in Azerbaijan: A Valuation of Three Alternative Investment Scenarios”, Mövcuddur: http://cesd.az/new/wp-content/uploads/2019/05/CESD_Paper_Renewable-Energy.pdf, Keçid edilmişdir: 29.10.2019;
18. Kerckhoff T, (2019): “Investing in Renewable Energy in Azerbaijan: A Valuation of Three Alternative Investment Scenarios”, CESD, Mövcuddur: http://cesd.az/new/wp-content/uploads/2019/05/CESD_Paper_Renewable-Energy.pdf Keçid edilmişdir: 30.10.2019;
19. Hüseynova H., (2014): “Azərbaycan üçün alternativ və bərpa olunan enerji perspektivləri 2014”, Keçid edilmişdir: 29.10.2019;
20. Azernews (2016): “Azərbaycan su elektrik enerjisi istehsalının həcmini artırır” Mövcuddur : http://www.azernews.az/business/95486.html, Keçid edilmişdir : 30.10.2019;
21. AzərTag Xəbər Agentliyi, (2014): “Suraxanı və Pirallahıda sürətli günəş elektrik stansiyalarının inşası davam edir. Keçid edilmişdir 31.10.2019;
22. Azərbaycanda bərpa olunan enerji fəaliyyətlərinin həyata keçirilməsinə dəstək, (2019), Mövcuddur: https://www.ebrd.com/work-with-us/projects/tcpsd/support-for-the-implementation-of-renewable-energy-auctions-in-azerbaijan.html, Keçid edilmişdir: 01.11.2019;
23. “Equinor Abşeron Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafına kömək edəcək”/”Equinor Absheron to help develop renewables in Azerbaijan”, Mövcuddur: https://www.azernews.az/oil_and_gas/146269.html , Keçid edilmişdir: 01.11.2019.