3(135)/2017

AZƏRBAYCAN SƏNAYESİ: İNNOVASİYA TİPLİ MƏşĞULLUQ SƏVİYYƏSİNİN TƏHLİLİ

Süleymanova Əlvan Qərib qızı
doktorant, İqtisadi İslahatlar Elmi tədqiqat İnstitutu


Xülasə


Tədqiqatın məqsədi – Azərbaycan sənayesində innovasiya tipli məşğulluğun səviyyəsinin təhlili və qiymətləndirilməsi.
Tədqiqatın metodologiyası – elmi abstraksiya, analiz və sintez.
Tədqiqatın nəticələri – innovasiya tipli məşğulluğun səviyyəsini müəyyən etməyə imkan verən müasir yanaşmalar əsasında ölkəyə müvafiq yeni yanaşmanın hazırlanması və mövcud səviyyənin qiymətləndirilməsi.
Tədqiqatın məhdudiyyətləri – sənaye sahibkarlığı ilə məşğul olanların ətraflı və davamlı statistikası üzrə məlumatların yetərsizliyi.
Tədqiqatın praktiki əhəmiyyəti – sənaye siyasəti üzrə yeni reallıqlara uyğun təkmilləşdirmələrin hazırlanmasına töhfə verə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanda sənaye sahibkarlığı sferasında innovasiya tipli məşğulluq səviyyəsinin qiymətləndirildiyi tədqiqat olması.


Açar sözlər: Azərbaycan, innovasiya tipli məşğulluq, texnoloji intensivlik, sənaye.


Məqaləni indir