3(135)/2017

AQRAR SAHƏNİN MALİYYƏLƏşDİRİLMƏSİNİN MÜASİR VƏZİYYƏTİ

Heydərova Kufiyə Əli-Heydər qızı
doktorant, İqtisadi İslahatlar Elmi-tədqiqat İnstitutu


Xülasə


Tədqiqatın məqsədi – aqrar sahənin maliyyələşdirilməsinin cari dövrdə təhlili, mövcud problemlərin təyini və həlli istiqamətlərinin öyrənilməsidir.
Tədqiqatın metodologiyası – müqayisəli təhlil, balans metodu, sorğu, induksiya metodu.
Tədqiqatın nəticələri - aqrar sahədə (Gəncə-Qazax iqtisadi rayonu timsalında) təsərrüfat subyektlərinin maliyyə resurslarından, ələxsus maliyyə yardımlarından istifadə imkanları araşdırılmış və aparılan sorğunun nəticələri əsasında balans metodu ilə iqtisadi rayonun dövlət yardımlarından faydalanma göstəriciləri hesablanmışdır.
Tədqiqatın məhdudiyyətləri – Gəncə-Qazax iqtisadi rayonu üzrə bütün mühüm təsərrüfat subyektlərinin sorğuya cəlb etmə imkanının olmaması.
Tədqiqatın praktik əhəmiyyəti – hesablanmış indeksin respublikanın digər iqtisadi rayonlar üzrə də müvafiq təhlil və araşdırmalarda istifadə mümkünlüyü.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – balans metodu üzrə aparılan sorğu ilə aqrar sahədə (Gəncə- Qazax iqtisadi rayonu timsalında) təsərrüfat subyektlərinin maliyyə resurslarından istifadə imkanlarının təhlili.

Açar sözlər: maliyyə resursları, aqrar sahə, sorğu, balans metodu.


Məqaləni indir