2(134)/2017

KORPORATİV QİYMƏTLİ KAĞIZLARIN BAZARININ GENİŞLƏNDİRİLMƏSİ YOLLARI (SOCAR İSTİQRAZLARININ TİMSALINDA)

Kərimov Atik Ehsan oğlu
i.e.d., prof., Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC
Babayev Azər Alim oğlu
i.e.n., dos.,Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC


Xülasə


Tədqiqatın məqsədi – fond bazarı ənənələri rüşeym halında olan cəmiyyətdə korporativ qiymətli kağızların populyarlaşmasının mümkün variantlarının, yollarının və problemlərinin açıqlanması (SOCAR istiqrazları timsalında).
Tədqiqatın metodologiyası – dialektik yanaşma, səbəbiyyət və nəticə təhlili.
Tədqiqatın nəticələri – fond bazarının yeni yarandığı və bazar ənənələrinin möhkəm olmadığı cəmiyyətdə korporativ qiymətli kağızlar bazarının genişləndirilməsi emissiya şərtlərinin kiçik investorların xeyrinə demokratikləməsindən əhəmiyyətli dərəcədə asılıdır və emitentlərin müvafiq səyləri dövlət tərəfindən dəstəklənməlidir.
Tədqiqatın məhdudiyyətləri – araşdırmanın SOCAR istiqrazları ilə məhdudlaşmamasından ötrü analitik informasiyanın azlığı.
Tədqiqatın praktiki əhəmiyyəti – SOCAR istiqraz larının timsalında Azərbaycanda fond bazarının inkişafındakı maneələrin göstərilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – qiymətli kağızların əhalinin geniş kütlələri arasında tanınması üçün onların emissiya şərtlərinin əhəmiyətinin əsaslandırılması.


Açar sözlər: qiymətli kağızlar, fonf bazarı, SOCAR istiqrazları, kiçik investorlar, investisiya.


Məqaləni indir