2(134)/2017

MÜASİR TEXNOLOGİYALAR SOSİAL İNKİŞAFIN ƏSAS AMİLİ KİMİ

Əliyeva Təranə Əbülfəz qızı
f.-r.e.n., dos.
Rzayeva Ülviyyə Şahin qızı
r.ü.f.d., Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC


Xülasə


Tədqiqatın məqsədi – müasir informasiya texnolo giyalarının cəmiyyətin sosial həyatındakı mövqeyi və mühüm rolu əsaslandırılmışdır.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil və deduktiv metod.
Tədqiqatın nəticələri – Azərbaycanda müasir texnologiyaların sosial inkişafa təsir amilləri və bu sahədə cəmiyyətin qarşılaşdığı problemlərin həll istiqamətləri tədqiq olunmuşdur.
Tədqiqatın məhdudiyyətləri – lokal şərtlər daxilində informasiya texnologiyalarının inkişafında qarşıya çıxan problemlərin aradan qaldırılmasının daha mütərəqqi mexanizminin işlənilməsi məsələsi hər zaman diqqət mərkəzində olmalıdır.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər Azərbaycanda İTnin daha da inkişaf etdirilməsi sahəsində istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi mütəxəssis nöqteyi-nəzərindən informasiya-kommunikasiya texnologiyaları (İKT) sosial inkişafın katalizatoru kimi qiymətləndirilmiş, müasir şəraitdə Azərbaycanda informasiya texnologiyalarından istifadə aspektlərinin və onların inkişaf problemlərinin nəzəri əsasları işlənilmişdir.


Açar sözlər: informasiya-kommunikasiya texnologiyaları, sosial inkişaf, inkişaf strategiyası, informasiya məkanı, yol xəritəsi..


Məqaləni indir