2(134)/2017

STRATEJİ PLANLAŞDIRMA VƏ ONUN KONSEPTUAL ƏSASLARININ İNKİŞAF MEYİLLƏRİ

Bəşirli Səməd Əlövsət oğlu
dissertant, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu


Xülasə


Tədqiqatın məqsədi – strateji planlaşdırmanın nəzəri əsaslarının tarixi inkişafının araşdırılması, strateji planlaşdırma ilə bağlı mövcud olan yanaşmaların müqayisəli təhlilinin verillməsi.
Tədqiqatın metodologiyası – sistemli yanaşma və müqayisəli təhlil üsulları.
Tədqiqatın nəticələri – strateji planlaşdrımaya dair yanaşmaların planlaşdırma prosesində tətbiqi açıqlanmışdır.
Tədqiqatın məhdudiyyətləri – strateji planlaşdırmanın makro səviyyədə tətbiqinə dair araşdırmaların məhdudluğu.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın nəticələri iqtisasadiyyatın müxtəlif sahələrində strateji planlaşdırmanın makro səviyyədə tətbiqində istifadə oluna bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – strateji planlaşdırmanın makro səviyyədə tətbiqinin nəzəri aspektləri Azərbaycanda ilk dəfə araşdırılmışdır.


Açar sözlər: strateji planlaşdırma, strateji menecment, resurs əsaslı yanaşma, sahə əsaslı yanaşma, institut əsaslı yanaşma.


Məqaləni indir