3(135)/2017

VERGİ OPTİMALLAŞDIRMASI: MƏHDUDİYYƏTLƏR VƏ İMKANLAR

Rzayev Zahid Hüseyn oğlu
i.f.d., dos,
Azərbaycan Respublikasının Vergilər Nazirliyi


Xülasə


Tədqiqatın məqsədi – dövlət və vergi ödəyiciləri səviyyəsində vergi optimallaşdırması prosesi zamanı yаrana biləcək risklər və onların aradan qaldırılması istiqamətlərinin müəyyən edilməsi.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, təhlil və ümumiləşdimə.
Tədqiqatın nəticələri – vergi optimallaşdırması zamanı arzuolunmaz nəticələrə gətirib çıxara bilən halların qarşısının alınmasına yönəlmiş tələblər, vergitutmanın optimallaşdırılmasının prinsipləri, optimallaşdırma prosesində dövlətlə vergi orqanlarının qarşılıqlı əlaqələrinin əsasları müəyyənləşdirilmişdir.
Tədqiqatın məhdudiyyətləri – vergitutmanın optimallaşdırılması məsələlərinin kifayət qədər geniş tətbiqinə nail olmaması, bu sahədə elmi araşdırmaların azlığı.
Tədqiqatın praktiki əhəmiyyəti – vergi öhdəliklərinin minimallaşdırılması istiqamətində praktiki fəaliyyət zamanı tətbiq imkanlıdır.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycan Respublikasının vergi sisteminin xüsusiyyətləri nəzərə alınmaqla vergi optimallaşdırmasının prinsipləri müəyyənləşdirilmiş, bu proses zamanı xüsusi diqqət yetirilməli olan məsələlərin spektri müəyyən edilmişdir.


Açar sözlər: vergi optimallaşdırması, vergi planlaşdırması, vergidən yayınma, təqsirsizlik prezumpsiyası, qanunvericilik məhdudiyyətləri.


Məqaləni yükləyin