3(135)/2017

BEYNƏLXALQ TƏCRÜBƏDƏ VERGİ XƏRCLƏRİ VƏ VERGİ GÜZƏŞTLƏRİNİN TƏTBİQİ XÜSUSİYYƏTLƏRİ

Qarayev İmran Əliyar oğlu
i.e.f.d., Vergilər Nazirliyinin Tədris Mərkəzi


Xülasə


Tədqiqatın məqsədi – beynəlxalq praktikada vergi xərcləri və vergi güzəştlərinin iqtisadi mahiyyətinin və tətbiqi xüsusiyyətlərinin araşdırılması.
Tədqiqatın metodologiyası – müqayisəli təhlil, sistemli yanaşma, analiz, sintez və deduksiya üsulları.
Tədqiqatın nəticələri – vergi azadolmaları və vergi güzəştləri vergi xərclərinin yaranmasına səbəb olunur. Bu isə öz növbəsində vergi gəlirlərinin proqnozlaşdırılması zamanı onun strukturunda müvafiq dəyişikliklərin aparılması zərurətini yaradır.
Tədqiqatın məhdudiyyətləri – vergi azadolmaları və vergi imtiyazlarının miqdarı barədə statistik məlumatların olmaması. Vergi xərclərinin büdcə gəlirlərinə təsir mexanizmlərinin araşdırılmaması.
Tədqiqatın praktiki əhəmiyyəti – vergi azadolmalarının və güzəştlərinin beynəlxalq təcrübədə araşdırılması və onun vergi proqnozlarına təsir dərəcəsinin qiymətləndirilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi azadolmaları və imtiyazlarına vergi xərcləri konsepsiyasından baxılması, onun iqtisadi mahiyyətinin araşdırılması və tətbiqi xüsusiyyətlərinin təhlili.

Açar sözlər: vergi xərcləri, vergi azadolmaları, vergi imtiyazları, vergi siyasəti.


Məqaləni yükləyin