3(135)/2017

İXRAC KREDİT AGENTLİKLƏRİNİN ZƏRURİLİYİ

Fətəliyeva Yeganə Nail qızı
dissertant, İqtisadi İslahatlar Elmi tədqiqat İnstitutu


Xülasə


Tədqiqatın məqsədi – müasir dövrdə ixracın stimullaşdırılmasında “İxrac Kredit Agentlik”lərinin (İKA) əhəmiyyətliliyinin və onların Azərbaycan Respublikasında fəaliyyətləndirilməsinin genişləndirilməsi zəruriliyinin əsaslandırılması.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil.
Tədqiqatın nəticələri – Azərbaycanda İKA-ların zəruriyyəti əsaslandırılması, onların müsbət cəhətlərinin xüsusiyyətlərini əks etdirən istiqamətlərin müəyyənləşdirilməsi və bu sferada müvafiq təkliflərin verilməsi.
Tədqiqatın məhdudiyyətləri – tədqiqat prosesində müvafiq məlumatların və statistik-riyazi üsullarla iqtisadi göstəricilərin əldə olunmasında çətinliklərə rast gəlinmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti – İKA-ların tətbiqi proseslərində dünya təcrübəsindən daha səmərəli yaralanmaq və bu sahədə elmi mənbə kimi istifadə etməkdir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – yeni qlobal çağrışlar baxımından milli iqtisadiyyata, xüsusən də, qeyri-neft sektorunda ixracın stimullaşdırılmasında İKA-larının fəaliyyətləndirilməsinin genişləndirilməsi zəruriliyinin əsaslandırılması.
Açar sözlər: İxrac Kredit Agentliyi, qeyri-neft sektoru.


Məqaləni yükləyin