2(134)/2017

MÜASİR DÖVRDƏ AZƏRBAYCAN İQTİSADİYYATININ RƏQABƏTQABİLİYYƏTLİLİYİNİN ARTIRILMASININ ƏSAS FAKTORLARI: NƏZƏRİ VƏ METODOLOJİ YANAŞMA

Sərkarlı Əhməd Sərkar oğlu
doktorant, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti


Xülasə


Tədqiqatın məqsədi – Azərbaycan iqtisadiyyatında rəqabətqabiliyyətliliyə təsir edən əsas şərtlərin və amillərin müəyyən edilməsi ilə əlaqədar nəzəri-metodoloji problemlərin araşdırılması.
Tədqiqatın metodologiyası – kompleks yanaşma və təhlil.
Tədqiqatın nəticələri – rəqabətqabiliyyətliliyə təsir edən əsas amillərin müəyyən edilməsi və rəqabətqabiliyyətliliyin artırılmasının spesifik xüsusiyyətlərinin göstərilməsi.
Tədqiqatın məhdudiyyətləri – Azərbaycanda qeyrineft sektorunun inkişafı prioritet istiqamət olduğundan yerli və xarici bazarlarda milli məhsulların irəlilədilməsi problemlərinin geniş şəkildə araşdırılması tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqat və təkmilləşdirmənin rəqabətin artırılması prosesində istifadə edilməsi.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – məhsulların təkmilləşdirilməsinin (MT) ən mühüm amil kimi dəyişən tələblər çərçivəsində beynəlxalq standartlar əsasında ölkə iqtisadiyyatının dayanıqlılığına və rəqabətqabiliyyətliliyin möhkəmləndirilməsinə təsirinin göstərilməsi.


Açar sözlər: rəqabətqabiliyyətlilik, innovasiya, istehsal amilləri, məhsulların təkmilləşdirilməsi, iqtisadi artım.


Məqaləni yükləyin