3(135)/2017

AZƏRBAYCANIN MÜASİR SOSİAL-İQTİSADİ İNKİŞAFINDA VERGİTUTMA AMİLİ

Hacıyev Fazil Şöhlət oğlu
i.e. d., prof.
Azərbaycan Dövlət İqtisad Universiteti


Xülasə


Tədqiqatın məqsədi – “Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamət ləri”nin (bundan sonra strateji yol xəritəsi) əsas hədəflərindən irəli gələrək Azərbaycanın müasir sosial-iqtisadi inkişafında vergitutma amili ilə bağlı təhlil işi yerinə yetirmək.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil və adekvat informasiya.
Tədqiqatın nəticələri – Azərbaycan Respublikasında müasir sosial-iqtisadi inkişafında vergitutma amilinin artan əhəmiyyəti qiymətləndirilmişdir.
Tədqiqatın məhdudiyyətləri – strateji yol xəritəsini reallaşması ilə bağlı yeni mümkün korrektələrin yaranacağı ehtimalı nəzərə alınmamışdır.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas nəticələri sosial layihələrin işlənib hazırlanmasında vergitutma amilinin nəzərə alınması baxımından istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin əsas hədəflərindən irəli gələrək Azərbaycanın müasir sosial-iqtisadi inkişafında vergitutma amili ilə bağlı təhlil işinin aparılması.


Açar sözlər: vergitutma, sosial-iqtisadi inkişaf, strateji yol xəritəsi.


Məqaləni yükləyin