3(135)/2017

İNNOVASİYA POTENSİALININ REYTİNQ QİYMƏTLƏNDİRİLMƏLƏRİ ÜZRƏ TƏHLİLİ

Hüseynova Arzu Doğru qızı
i.e.d., Azərbaycan Dövlət İqtisad Universiteti
Salıfova Təranə Şahvələd qızı
dissertant, İqtisadi İslahatlar Elmi-tədqiqatİnstitutu


Xülasə


Tədqiqatın məqsədi – innovasiya potensialının inkişafının mövcud vəziyyətinin reytinq cədvəllərinə əsasən təhlil edilməsi.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, müqayisəli təhlil metodu.
Tədqiqatın nəticələri – innovasiyaların patent və şirkət fəallığı “Top 100 İnnovation” metodikası üzrə qiymətləndirilmiş, qlobal innovasiya indeksi üzrə input və output üzrə zəif olan innovasiya subindekslərini yaxşılaşdırması yolları müəyyənləşdirilmişdir.
Tədqiqatın məhdudiyyətləri – innovasiya indeksinin qiymətləndirilməsində hər bir ölkə üzrə istifadə edilən göstəricilərdən bir çoxunun Azərbaycan Respublikası üçün də müəyyən edilməsinə ehtiyac var.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər Azərbaycanda innovasiya potensialının qiymətləndirilməsinə dair layihələrin işlənib hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – son 4 ildə Azərbaycanın innovasiya sahəsində vəziyyətinin dinamikasının tədqiqi və Qİİ-2016-ya görə ölkənin göstəricisi müqayisəli surətdə təhlili.


Açar sözlər: innovasiya indeksi, innovasiya sistemi, innovasiya reytinqi, rəqabət üstünlükləri, innovasiya səmərəliliyi indeksləşmələri.


Məqaləni yükləyin