2(134)/2017

BEYNƏLXALQ TRANSFERT QİYMƏTLƏR VƏ VERGİTUTMA PROBLEMLƏRİ

Kəlbiyev Yaşar Atakişi oğlu
i.e. d., prof.
Azərbaycan Dövlət İqtisad Universiteti


Xülasə


Tədqiqatın məqsədi – beynəlxalq transfert qiymətqoymanın yaratdığı vergitutma problemlərinin tədqiqi.
Tədqiqatın metodologiyası – sistemli təhlil, məlumatların analizi və sintezi, ümumiləşdirmə.
Tədqiqatın nəticələri – transfert qiymətqoymanın gəlirlərin vergiyə cəlb olunması sahəsində yaratdığı problemlərin həlli üçün üstünlük verilən yanaşmalar nəzərdən keçirilmiş, onların praktikada nə dərəcədə ciddi olması məsələləri təhlil olunmuş və inkişaf etməkdə olan ölkələr üçün bu cür problemlərin həlli zamanı beynəlxalq təcrübədən çıxarıla bilən nəticələrlə bağlı təklif və tövsiyələr verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – beynəlxalq transfert qiymətqoymanın yaratdığı vergitutma problemlərinin hərtərəfli təhlilinə həsr olunan elmi tədqiqatların məhdud olması və bu sahədə praktiki təcrübənin olmaması.
Tədqiqatın praktiki əhəmiyyəti – beynəlxalq transfert qiymətqoymanın tətbiqi nəticəsində yaranan vergitutma problemlərinin aradan qaldırılması üçün vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində müvafiq elmi mənbə kimi, həmçinin gələcək elmi tədqiqatlar üçün ilkin baza qismində istifadəsi mümkündür.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – beynəlxalq transfert qiymətqoymanın tətbiqi nəticəsində yaranan vergitutma problemlərinin aradan qaldırılması ilə bağlı məsələlər kompleks şəkildə tədqiq olunmuşdur.

 

Açar sözlər: transmilli şirkətlər, transfert qiymətlər, müqavilə tərəflərinin müstəqilliyi kriterisi, qiymətlərin müəyyən edilməsi prinsipləri.


Məqaləni yükləyin