2016-N4

AZƏRBAYCAN RESPUBLİKASINDA SAHİBKARLIQ FƏALİYYƏTİNİN STİMULLAŞDIRILMASINDA VERGİLƏRİN ROLU

Hacıyev Fazil Şöhlət oğlu
i.e.d. prof., Azərbaycan Dövlət İqtisad Universiteti


Xülasə


Tədqiqatın məqsədi – dövlətin maliyyə-vergi dəstəyi əsasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətini müəyyən etmək.
Tədqiqatın metodologiyası – sistemli yanaşma, statistik təhlil.
Tədqiqatın nəticələri – vergi mexanizminin təkminləşdirilməsi istiqamətində sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üzrə elmi cəhətdən əsaslandırılmış əməli təkliflər verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – regionlar üzrə sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına ehtiyac vardır.
Tədqiqatın praktiki əhəmiyyəti – fəaliyyətdə olan vergilər əsasında sahibkarlıq fəaliyyətinin inkişafı və stimullaşdırılmasının nəticə və təkliflərindən elmi mənbə kimi istifadə imkanlığı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – aparılan sosial-iqtisadi islahatların lokomotivi kimi sahibkarlıq fəaliyyətinin formalaşması, inkişafı və stimullaşdırılması problemləri ilk dəfə tədqiq edilmişdir.

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, iqtisadi islahatlar, vergi mexanizmi, sahibkarlıq, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması.


Məqaləni yükləyin