1(133)/2017

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT BUDCƏSİNİN PROQNOZ VƏ İCRA NƏTİCƏLƏRİNİN MÜQAYİSƏLİ TƏHLİLİ

Əlirzayev Elvin Vahid oğlu
i.f.d., Qafqaz Universiteti


Xülasə


Tədqiqatın məqsədi – 2000-2015-ci illər ərzində Azərbaycan dövlət büdcəsinin proqnoz və icrasının müqayisəli təhlil etmək.
Tədqiqatın metodologiyası – statistik-müqayisəli təhlil.
Tədqiqatın nəticələri – 2000-2015-ci illəri ərzində dövlət büdcəsi gəlirləri əksər illərdə tam yerinə yetirilməsinə baxmayaraq, büdcə xərcləri proqnozlardan az gerçəkləşmiş və cari ilin gəlirlərinə uyğunlaşdırılmışdır.
Tədqiqatın məhdudiyyətləri – daha dəqiq büdcə proqnozlaşdırılması üçün ölkə iqtisadiyyatında və beynəlxalq faktorların müəyyən edilməsi üçün əsaslı ekonometrik təhlilə tələb vardır.
Tədqiqatın praktiki əhəmiyyəti – Azərbaycan Respublikasının dövlət büdcəsinin proqnozlarının nə dərəcədə reallaşmasını və buna təsir edən faktorları, həmçinin baş verən iqtisadi böhranların büdcəyə təsirlərini görmək baxımından əhəmiyyətlidir.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – 2000-2015-ci illərdəki Azərbaycan Respublikasının dövlət büdcəsinin proqnoz və icrası müqayisə edilmiş, həmçinin büdcə gəlir və xərcləri ayrı-ayrılıqda təhlil edilmişdir. Bununla yanaşı, Azərbaycan dövlət büdcəsi proqnoz-icra dərəcəsi təcrübə və nəzəriyyə müstəvisində qiymətləndirilmişdir.


Açar sözlər: büdcə proqnozu, büdcə icrası, büdcə kəsiri, proqnoz metodları, neft qiyməti proqnozu.


Məqaləni yükləyin