1(133)/2017

BANKIN TƏŞKİLATİ STRUKTURUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ

Quliyev Zakir Qəşəm oğlu
i.f.d., Bakı Biznes Universiteti


Xülasə


Tədqiqatın məqsədi – bankın və onun heyətinin səmərəli idarəetmə sistemini, həmçinin sənəd dövriyyəsinin optimallaşdırılmasını təmin edən, daxili və xarici amillərin fəaliyyətinə adekvat təşkilati strukturun formalaşdırılması üzrə yanaşmaları ümumiləşdirməkdən ibarətdir.
Tədqiqatın metodologiyası – tədqiqat prosesində ümumiləşdirmə, sistemli və konseptual yanaşma, təhlil və sintez kimi ümumi elmi metodlarından istifadə edilmişdir.
Tədqiqatın nəticələri – bankın starteji məqsədlərinə nail olması və uğurlu fəaliyyətinin bilavasitə onun təşkilati strukturunun səviyyəsindən asılı olduğunu əsaslandırmaq və onun optimallaşdırılması üzrə təkliflər formalaşdırmaqdır.

Tədqiqatın məhdudiyyətləri – tədqiqatda əsasən bankın təşkilati strukturunun formalaşdırılmasının nəzəri aspektlərinə toxunduğundan, onun praktiki məsələlərinə geniş yer verilməmişdir.
Tədqiqatın praktiki əhəmiyyəti – bankın təşkilati strukturunun optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətlərinin araşdırılması konkret vəziyyəti, daxili və
xarici mühit amillərinin təsirini nəzərə alaraq onun dinamikliyini təmin edə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – bankın strateji məqsədlərinə nail olunmasına mane olan təşkilati strukturunun çatışmazlıqlarının aşkar edilməsinə cəhd edilməsi və bazar iqtisadiyyatının müasir tələblərinə cavab verən bankın təşkilati strukturunun optimallaşdırılması istiqamətlərinin müəyyənləşdirilməsidir.

Açar sözlər: bankın idarəetmə aparatının strukturu, bankın funksional əlamətləri, bankın təşkili prinsipləri, administrativ komitələr, bankın konsepsiyası.


Məqaləni yükləyin