2016-N4

EV TƏSƏRRUFATLARININ İSTEHLAK XƏRCLƏRİNİN VƏ ƏHALİYƏ GÖSTƏRİLƏN PULLU XİDMƏTLƏRİN DİNAMİKASININ QİYMƏTLƏNDİRİLMƏSİ

Səmədzadə Aytən Ziyad qızı
doktorant, Azərbaycan Kooperasiya Universiteti


Xülasə


Tədqiqatın məqsədi – Azərbaycan Respublikasında ev təsərrüfatlarının timsalında insanların həyatı və fəaliyyətini davam etdirmək üçün istehlak mallarına çəkdiyi xərclərin nəzərdən keçirilməsi, bu xərclərə ev təsərrüfatlarının gəlir mənbələrinin, kəmiyyət və yaş-cins tərkibinin təsirinin tədqiq edilməsi.
Tədqiqatın metodologiyası – ümumiləşdirmə və sistemli təhlil.
Tədqiqatın nəticələri – ev təsərrüfatlarının xərclərinin strukturunda istehlak malları və xidmətlərinə çəkilən xərclər araşdırılmış, onların dinamikası təhlil edilmişdir. Qiymətlərin artımı, devalvasiya kimi amillərin insanların xərclərinə təsiri təhlil edilmiş, müvafiq təkliflər irəli sürülmüşdür.
Tədqiqatın məhdudiyyətləri – xarici təcrübə və milli xüsusiyyətlər əsasında əhalinin istehlakı üzrə problemlərin daha geniş araşdırılmasına ehtiyac vardır.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatın əsas nəticələri və irəli sürülən təkliflər əhalinin istehlak xərclərinin təkmilləşdirilməsinə dair layihələrin işlənib hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azərbaycanda ərzaq məhsullarına çəkilən xərclərin fizioloji istehlak normaları baxımından əsaslandırılması ilk dəfə tədqiq edilmişdir.


Açar sözlər: ev təsərrüfatları, pullu xidmətlər, adambaşına düşən istehlak xərcləri, ərzaq məhsulları.


Məqaləni yükləyin