2016-N-5-6

İQTİSADİ İNKİŞAFDA VERGİLƏRİN STİMULLAŞDIRICI FUNKSİYASININ NƏZƏRİ- METODOLOJİ MƏSƏLƏLƏRİ

Salahov Fariz Rafiq oğlu
doktorant, AMEA-nin İqtisadiyyat İnstitutu


Xülasə


Tədqiqatın məqsədi – Azərbaycan Respublikasının iqtisadi inkişafında vergilərin stimullaşdırıcı funksiyasının tədqiqi.
Tədqiqatın metodologiyası – təhlilin amili, qiymətləndirmə və statistik metodlarına əsaslanır.
Tədqiqatın nəticələri – vergilərin stimullaşdırıcı funksiyasının iqtisadi modeli hazırlanaraq, bunun Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına təsiri mexanizminə baxılmışdır.
Tədqiqatın məhdudiyyətləri – iqtisadi inkişafda vergilərin stimullaşdırıcı xüsusiyyətlərinin elmi alternativlik baxımından geniş araşdırmaq tələb olunur.
Tədqiqatın praktiki əhəmiyyəti – vergilərin stimullaşdırıcı funksiyalarının ümumi iqtisadi inkişafa təsirinin öyrənilməsi baxımından elmi-analitik mənbə kimi istifadə imkanlığı.
Tədqiqatın orjinallığı və elmi yeniliyi – tədqiq edilən vergilərin stimullaşdırıcı funksiyalarının nəzərimetodoloji məsələləri ilk dəfə olaraq Azərbaycan Respublikası iqtisadiyyatının müxtəlif sahələrində məhsullar istehsalı və xidmətlərin göstərilməsi fəaliyyəti ilə məşğul olan istehsal və xidmət müəssisələrinin əmlakına – mövcud əsas fondlara tətbiq edilən əmlak vergisini artırılması halı vergilərin stimullaşdırıcı funksiyası hesab edilmişdir.


Açar sözlər: vergilərin stimullaşdırıcı funksiyası, birbaşa və dolayı vergilər, amortizasiya ayırmaları, diferensial vergilər, əmlak vergisi.


Məqaləni yükləyin